Qida Təhlükəsizlik Agentliyi Şabranda zəhərlənmə hadisəsi ilə bağlı araşdırma aparıb

Tarix:6-09-2018, 09:18 Baxış Sayı:230 Kateqoriya:arasdirma

Qida Təhlükəsizlik Agentliyi Şabranda zəhərlənmə hadisəsi ilə bağlı araşdırma aparıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Şabran rayonunda baş vermiş zəhərlənmə hadisəsi ilə bağlı ilkin məlumatı yayıb.

haqqinsesi.info-nun əldə etdiyi məlumatda, Qida Təhlükəsizliyi Agentliyindən AZƏRTAC-a bildirilib ki, sentyabrın 4-də gecə saatlarında Agentliyə Şabran rayonunda baş vermiş kütləvi zəhərlənmə hadisəsi ilə bağlı məlumat daxil olub. Agentliyin mütəxəssislərindən ibarət işçi qrupu hadisənin araşdırılması və zəruri tədbirlərin görülməsi üçün dərhal hadisə yerinə ezam olunub. İlkin araşdırmalar zamanı zəhərlənmənin iki ayrı qrup arasında baş verdiyi aşkarlanıb. Dörd nəfərdən ibarət birinci qrup Şabran rayonu Nizami küçəsində Məcidov Fuad Akif oğlu tərəfindən satılan hisə verilmiş balıq məhsulunu aldıqdan və qəbul etdikdən sonra, həmin şəxslərdə qida zəhərlənməsi əlamətləri müşahidə olunub və qida zəhərlənməsi diaqnozu ilə Şabran rayon xəstəxanasına yerləşdirilib. Daha sonra onların vəziyyətinin ciddiliyi nəzərə alınaraq, Bakı şəhərindəki Klinik Tibbi Mərkəzə köçürülüblər. Hazırda həmin dörd nəfərdən ikisinin vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.

Digər üç nəfərdən ibarət qrup da eyni ünvandan hisə verilmiş balıq məhsulundan alıb, qəbul etdikdən sonra bir nəfər qida zəhərlənməsi diaqnozu ilə Şabran rayon xəstəxanasına, daha sonra isə Klinik Tibbi Mərkəzə köçürülüb. İlkin araşdırmalar zamanı, hər iki qrupun eyni ünvanda hisə verilmiş balıq məhsulu aldıqları və həmin məhsulların Şabran rayonunda yerləşən, Əkrəm Gülməmmədova məxsus fərdi yaşayış sahəsində kustar üsulla hazırlandığı məlum olub. Hazırda AQTA mütəxəssisləri Baş Prokurorluğun əməkdaşları ilə birgə araşdırmaları davam etdirir. Araşdırmaların nəticəsi ilə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək.

Agentlik bəyan edir ki, qida təhlükəsizliyi ilə bağlı həyata keçirilən monitorinqlər və yoxlamalar zamanı Bakıətrafı qəsəbələrdə və ölkəmizin müxtəlif regionlarında sanitar-gigiyenik tələblərə cavab verməyən, ev şəraitində kustar üsulla balıqların hislənməsi halları aşkarlanıb. Qida Təhlükəsizliyi Agentliyi bu sahədə fəaliyyət göstərən şəxslərə xəbərdarlıq edir ki, bu cür şəraitdə hazırlanan məhsullar insan sağlamlığı üçün ciddi fəsadlar törədə, hətta əhali arasında ölümlə nəticələnə biləcək hallara səbəb ola bilər. Bildirilir ki, Agentlik tərəfindən bu cür qanunazidd fəaliyyətlərin qarşısının alınması üçün qanunvericiliyin tələbləri çərçivəsində ən sərt tədbirlər həyata keçiriləcək.

SON XƏBƏRLƏR
Təlimlərin gecə vaxtı döyüş atışlı mərhələsi keçirilib
AzMİU-da beynəlxalq elmi konfrans öz işinə başlayıb
Bulvarda “Himnimizi bir yerdə oxuyaq!” adlı fləşmob keçiriləcək
XV Avropa Gənclər Olimpiya Festivalına həsr olunmuş rəsm müsabiqəsinə start verilib
FHN-in Qarabağ Regional Mərkəzi mülki müdafiə məşqi keçirib
Dövlət Komitəsinin sədri və sədr müavinləri bölgələrdə vətəndaşları qəbul ediblər
Prezident İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə iftar mərasimində iştirak edib
Soydaşımız Ulyanovsk avtomobil zavodunun baş direktoru təyin edilib
Musiqi Mədəniyyəti Muzeyində Soltan Hacıbəyovun anadan olmasının 100 illiyi qeyd olunub
Almaniya Bundestaqının nümayəndələri Qəbələdə məcburi köçkünlərlə görüşüblər
Azərbaycan Ordusuna mənəvi dəstək aksiyası keçiriləcək
Mərkəzi Bank “Mastercard”la əməkdaşlıq edəcək
Bu il ölkəyə 113 min tonadək gübrə idxal olunub
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Kiyevdə beynəlxalq seminarda təmsil olunub
Dünyanın bir sıra aparıcı KİV-ləri UEFA Avropa Liqasının Bakıda keçiriləcək final oyununa dair məqalələr yayıb
Qazaxıstan Prezidenti Azərbaycan Prezidentinə təbrik məktubu ünvanlayıb
Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi Lənkəranda istifadəyə verilib
BMTİP-in Rezident nümayəndəsi Azərbaycanın xarici işlər nazirinə etimadnaməsini təqdim edib
Sabah Bakıda “Caspian Power” İdman Festivalına start veriləcək
UEFA İcraiyyə Komitəsinin gündəliyi açıqlanıb
Ankara və Tehran ikitərəfli münasibətləri müzakirə ediblər
İlham Əliyev Almaniya Bundestaqının nümayəndə heyətini qəbul edib
Güzəştli şərtlərlə pensiya hüququ olanlar üçün yeni, müasir Qəbul Mərkəzi istifadəyə verilib
Avropa Birliyində Avropa Parlamentinə seçkilər başlayır
DOQQUZ AYDA 381 ÇOXMƏRTƏBƏLİ BİNAYA QAZ VERİLİB
SUMQAYIT VƏ GƏNCƏ ŞƏHƏR PROKURORLUQLARININ YENİ İNZİBATİ BİNALARI İSTİFADƏYƏ VERİLİB
Beynəlxalq Böyük Türk Dili Qurultayında azərbaycanlı alimlərin məruzələri dinlənilib
Azərbaycan samboçuları Prezident Kuboku yarışında çıxış edəcəklər
İRAN NEFT HASİLATINI AZALTMAĞI PLANLAŞDIRMIR
SOCAR-IN MARKETİNQ VƏ İQTİSADİ ƏMƏLİYYATLAR İDARƏSİ QEYRİ-NEFT SEKTORU ÜZRƏ İXRACDA DÖVLƏTƏ MƏXSUS QURUMLAR ARASINDA LİDER OLARAQ QALIR