Naxçıvanda səmərəli və aktiv fəaliyyətləri ilə seçilən mətbuat xidmətlərinin adları açıqlanıb

Tarix:29-09-2018, 13:25 Baxış Sayı:96 Kateqoriya:gundem

Naxçıvanda səmərəli və aktiv fəaliyyətləri ilə seçilən mətbuat xidmətlərinin adları açıqlanıb
Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarının mətbuat xidmətlərinin fəaliyyətinin təşkili və qarşıda duran vəzifələrlə bağlı tədbir keçirilib.
haqqinsesi.info xəbər verir ki, AZƏRTAC-ın Naxçıvan bürosunun məlumatına görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin məsləhətçisi Təhminə Babayeva muxtar respublikanın mərkəzi icra hakimiyyəti orqanlarının mətbuat xidmətlərinin fəaliyyəti barədə çıxış edib. Bildirib ki, bu ilin iyun-sentyabr aylarında mərkəzi icra hakimiyyəti orqanlarının mətbuat xidmətlərinin “Şərq qapısı”nda, şəhər və rayon qəzetlərində, ümumilikdə, 913 materialı dərc olunub, teleradiolarda 809 veriliş və xəbər süjeti hazırlanıb. Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi tərəfindən bütün mərkəzi icra hakimiyyəti orqanlarının internet saytlarında mətbuat xidməti bölməsi yaradılıb. Yaradılan mətbuat xidmətləri bölmələrində təşkilatların fəaliyyəti ilə bağlı 759 xəbər, hesabat və digər materiallar yerləşdirilib. Lakin Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun, Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və “Naxçıvanqaz” İstehsalat Birliyinin internet saytlarında Mətbuat xidməti bölməsi yaradılsa da, aktiv fəaliyyət göstərmir. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun, Ədliyyə Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Gənclər və İdman Nazirliyinin, Maliyyə Nazirliyinin, İnsan Hüquqları üzrə Müvəkkil Aparatının, Dövlət Gömrük Komitəsinin, Dövlət Statistika Komitəsinin, Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın və Dövlət Miqrasiya Xidmətinin rəsmi internet saytlarında təşkilatların fəaliyyəti ilə yanaşı, Naxçıvan Muxtar Respublikasının müasir inkişafını, tarixi-mədəni irsini və turizm potensialını əks etdirən fotoşəkillər və videolar da yerləşdirilərək fəal təbliğat işi aparılır.
“Naxçıvan Muxtar Respublikası Prokurorluğunun, Səhiyyə, Mədəniyyət, İqtisadiyyat, Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Dövlət Gömrük Komitəsinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin, Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin mətbuat xidmətlərinin əməkdaşları səmərəli və aktiv fəaliyyətləri ilə nümunə göstərilə bilər”, - deyən Təhminə Babayeva qeyd edib ki, adıçəkilən qurumların mətbuat xidmətləri tərəfindən “Şərq qapısı”, şəhər və rayon qəzetlərinə, eləcə də televiziya və radiolara təqdim edilən materiallar, ümumilikdə, mətbuat xidmətləri tərəfindən verilən materialların 60 faizindən çoxunu təşkil edir. Aparılan təhlillər nəticəsində məlum olub ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin, Mərkəzi Seçki Komissiyasının, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətləri hələ də işini günün tələbləri səviyyəsində qura bilmirlər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədr müavini Ümid Qurbanov çıxış edərək deyib ki, ötən dövrdə verilən tapşırıqlara uyğun olaraq komissiya tərəfindən mətbuat xidmətləri əməkdaşlarının ödənişsiz attestasiyası və vakant mətbuat xidməti yerlərinə müsabiqə keçirilib. Attestasiyanın test-imtahan mərhələsində 16 mətbuat xidməti əməkdaşı iştirak edib, onlardan 11-i esse mərhələsində iştirak etmək hüququ qazanıb və bu mərhələni keçib. 8 vakant mətbuat xidməti yerinin tutulması üçün keçirilən müsabiqənin test-imtahan mərhələsində 20 namizəd iştirak edib və onlardan 5-i müvafiq keçid balını toplayıb. Həmin namizədlərdən 4-ü esse mərhələsində də uğur qazanaraq Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyində, Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyində, İnsan Hüquqları üzrə Müvəkkil Aparatında (Ombudsman) və Dövlət Energetika Xidmətində mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçi vəzifələrinə təyin olunub.
Muxtar respublika Televiziya və Radio Şurasının üzvü Sara Əzimova və Naxçıvan Mətbuat Şurasının sədri Rövşən Hüseynov tədbirdə çıxış ediblər. Qeyd olunub ki, muxtar respublikada fəaliyyət göstərən teleradio və qəzetlərdə əməkdaşlıq üçün lazımi şərait yaradılıb. Ötən 4 ayda mərkəzi icra hakimiyyəti orqanları ilə kütləvi informasiya vasitələri arasında informasiya-məlumatlandırma işinin təşkili təhlil olunaraq monitorinq aparılıb, mətbuat xidmətləri tərəfindən təqdim edilən materialların keyfiyyəti diqqətdə saxlanıb. Çıxış edənlər yol verilən nöqsanları diqqətə çatdırıb və səmərəli əməkdaşlıq imkanları barədə təkliflər veriblər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ülvi Hüseynli çıxış edərək deyib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin mətbuat xidmətlərinin fəaliyyətinin təşkili sahəsində müəyyənləşdirdiyi vəzifələrin icrası daim diqqət mərkəzində saxlanılır. Verilən tapşırıqlara uyğun olaraq, bu ilin may ayında mətbuat xidmətlərinin fəaliyyəti ilə bağlı müşavirə keçirilib və bu sahədə mühüm istiqamətlər müəyyənləşdirilib. Müşavirədən ötən dövrdə tapşırıqların icrası diqqətdə saxlanılıb, aidiyyəti üzrə tədbirlər görülüb. Lakin hələ də bir sıra mətbuat xidmətləri işini günün tələbləri səviyyəsində qura bilmir, nöqsanlara yol verilir, informasiya siyasəti düzgün aparılmır.
Qeyd olunub ki, internet saytlarındakı “Mətbuat xidməti” bölməsi daim yenilənməli, yeni məlumatlarla zənginləşdirilməlidir. Təşkilatların fəaliyyəti ilə bağlı aylıq materialların hazırlanması və kütləvi informasiya vasitələrinə təqdim olunması davam etdirilməli, bu zaman keyfiyyətə xüsusi diqqət yetirilməlidir. Müşavirədən ötən dövrdəki fəaliyyət təhlil olunarkən aydın olub ki, mətbuat xidmətləri tərəfindən teleradio və qəzetlərə, əsasən, xəbər mətnləri göndərilib, təşkilatların fəaliyyəti ilə bağlı məqalələrə az yer verilib. Mətbuat xidmətləri analitik materialların hazırlanmasını da diqqətdə saxlamalı, qəzetlərdə məqalələri dərc olunmalı, teleradio verilişləri hazırlanmalıdır. Maarifləndirici verilişlərin sadə dildə və başadüşülən formada təqdimatı vacib məsələdir.
Dövlət proqramlarının əhəmiyyəti, eləcə də icra vəziyyəti haqqında materialların hazırlanması və ictimaiyyətə təqdim olunması işi zəif qurulub. Mətbuat xidmətləri bu sahədə üzərlərinə düşən vəzifələrə səthi yanaşırlar. Növbəti aylardan etibarən müvafiq mətbuat xidmətləri bu işdə aktivliyi artırmalıdırlar. Naxçıvan Muxtar Respublikasının müasir inkişafı, tarixi-mədəni irsi və turizm potensialı haqqında internet saytlarında fəal təbliğat işi aparılmalıdır. Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurası və Naxçıvan Mətbuat Şurası mətbuat orqanları üçün rüblük monitorinqlər hazırlayarkən mətbuat xidmətlərinin fəaliyyətini də təhlil etməli, muxtar respublikanın kütləvi informasiya vasitələri ilə dövlət orqanlarının mətbuat xidmətlərinin qarşılıqlı əməkdaşlığına dair hesabatlar hazırlanmalıdır.
Tədbirdə qeyd olunub ki, bundan sonra da mərkəzi icra hakimiyyəti orqanlarının mətbuat xidmətlərinin fəaliyyətinin gücləndirilməsi və işin kütləvi informasiya vasitələri ilə qarşılıqlı şəkildə qurulması diqqətdə saxlanılacaq, qarşıya qoyulan vəzifələrin icrasına tam nail olunacaq.

SON XƏBƏRLƏR
Təlimlərin gecə vaxtı döyüş atışlı mərhələsi keçirilib
AzMİU-da beynəlxalq elmi konfrans öz işinə başlayıb
Bulvarda “Himnimizi bir yerdə oxuyaq!” adlı fləşmob keçiriləcək
XV Avropa Gənclər Olimpiya Festivalına həsr olunmuş rəsm müsabiqəsinə start verilib
FHN-in Qarabağ Regional Mərkəzi mülki müdafiə məşqi keçirib
Dövlət Komitəsinin sədri və sədr müavinləri bölgələrdə vətəndaşları qəbul ediblər
Prezident İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə iftar mərasimində iştirak edib
Soydaşımız Ulyanovsk avtomobil zavodunun baş direktoru təyin edilib
Musiqi Mədəniyyəti Muzeyində Soltan Hacıbəyovun anadan olmasının 100 illiyi qeyd olunub
Almaniya Bundestaqının nümayəndələri Qəbələdə məcburi köçkünlərlə görüşüblər
Azərbaycan Ordusuna mənəvi dəstək aksiyası keçiriləcək
Mərkəzi Bank “Mastercard”la əməkdaşlıq edəcək
Bu il ölkəyə 113 min tonadək gübrə idxal olunub
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Kiyevdə beynəlxalq seminarda təmsil olunub
Dünyanın bir sıra aparıcı KİV-ləri UEFA Avropa Liqasının Bakıda keçiriləcək final oyununa dair məqalələr yayıb
Qazaxıstan Prezidenti Azərbaycan Prezidentinə təbrik məktubu ünvanlayıb
Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi Lənkəranda istifadəyə verilib
BMTİP-in Rezident nümayəndəsi Azərbaycanın xarici işlər nazirinə etimadnaməsini təqdim edib
Sabah Bakıda “Caspian Power” İdman Festivalına start veriləcək
UEFA İcraiyyə Komitəsinin gündəliyi açıqlanıb
Ankara və Tehran ikitərəfli münasibətləri müzakirə ediblər
İlham Əliyev Almaniya Bundestaqının nümayəndə heyətini qəbul edib
Güzəştli şərtlərlə pensiya hüququ olanlar üçün yeni, müasir Qəbul Mərkəzi istifadəyə verilib
Avropa Birliyində Avropa Parlamentinə seçkilər başlayır
DOQQUZ AYDA 381 ÇOXMƏRTƏBƏLİ BİNAYA QAZ VERİLİB
SUMQAYIT VƏ GƏNCƏ ŞƏHƏR PROKURORLUQLARININ YENİ İNZİBATİ BİNALARI İSTİFADƏYƏ VERİLİB
Beynəlxalq Böyük Türk Dili Qurultayında azərbaycanlı alimlərin məruzələri dinlənilib
Azərbaycan samboçuları Prezident Kuboku yarışında çıxış edəcəklər
İRAN NEFT HASİLATINI AZALTMAĞI PLANLAŞDIRMIR
SOCAR-IN MARKETİNQ VƏ İQTİSADİ ƏMƏLİYYATLAR İDARƏSİ QEYRİ-NEFT SEKTORU ÜZRƏ İXRACDA DÖVLƏTƏ MƏXSUS QURUMLAR ARASINDA LİDER OLARAQ QALIR