SUMQAYIT VƏ GƏNCƏ ŞƏHƏR PROKURORLUQLARININ YENİ İNZİBATİ BİNALARI İSTİFADƏYƏ VERİLİB

Tarix:1-10-2018, 16:36 Baxış Sayı:103 Kateqoriya:gundem

SUMQAYIT VƏ GƏNCƏ ŞƏHƏR PROKURORLUQLARININ YENİ İNZİBATİ BİNALARI İSTİFADƏYƏ VERİLİB
Sentyabrın 27-də Sumqayıt şəhər prokurorluğunun yeni inşa olunmuş inzibati binası istifadəyə verilib.

haqqinsesi.info xəbər verir ki, Baş Prokurorluğun Mətbuat xidmətindən "Report"a bildirilib ki, açılış mərasimində Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov və hüquq mühafizə orqanlarının əməkdaşları iştirak ediblər.

Əvvəlcə mərasim iştirakçıları yeni inzibati binanın foyesində ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq, dahi insanın unudulmaz xatirəsinə dərin hörmət və ehtiramlarını bildiriblər.

Daha sonar Baş prokuror Zakir Qaralov məlumat verərək bildirib ki, 4 mərtəbədən ibarət binanın foyesində ulu öndər Heydər Əliyevin və dövlətimizin prokurorluq orqanlarına qayğısını əks etdirən fotogüşə yaradılmış, müasir standartlara uyğun tikilmiş inzibati bina bütün zəruri avadanlıq, kompüter sistemi, kommunikasiyalar və mühəndis qurğuları ilə təchiz edilib, mebel və digər inventarlarla təmin olunub.

Baş prokuror həmçinin qeyd edib ki, son illər prokurorluq orqanlarında sağlam iş mühitinin yaradılması üçün ciddi işlər görülüb, dövlətçilik, qanunçuluq prinsipləri önə çəkilib. Nəticədə prokurorluğa ictimai etimad artıb, onun nüfuzu daha da yüksəlib.

Prokurorluq orqanlarının formalaşmasında ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərindən danışan Baş prokuror son illər ölkəmizdə hüquq quruculuğu sahəsində həyata keçirilən məqsədyönlü tədbirlərdən söz açıb, demokratik cəmiyyətdə prokurorluğun rolunun artmasının vacibliyini vurğulayıb.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov prokurorluq orqanlarının əməkdaşlarını Azərbaycan Prokurorluğunun yaradılmasının 100-cü ildönümü münasibətilə təbrik etmiş, onlara çətin və şərəfli işlərində uğurlar arzulayıb. O, Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində, qanunçuluğun təmin edilməsində, cinayətkarlıqla mübarizədə prokurorluq orqanlarının rolunu yüksək qiymətləndirib.

Prezident İlham Əliyevin prokurorluq orqanlarına göstərdiyi diqqət və qayğıdan söz açan Sumqayıt şəhər prokuroru Sərdar İmanov prokurorluq əməkdaşları üçün tikilən yeni binanın istifadəyə verilməsini prokurorluq əməkdaşlarının əməyinə verilən yüksək qiymət kimi dəyərləndirib.

Sonra mərasim iştirakçıları Sumqayıt şəhər prokurorluğu üçün yeni tikilmiş binada yaradılan şəraitlə tanış olublar.

Sentyabrın 29-da isə Gəncə şəhər prokurorluğunun yeni inşa olunmuş inzibati binası istifadəyə verilib.

İnzibati binanın açılışında Baş prokurorun birinci müavini Rüstəm Usubov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və hüquq mühafizə orqanlarının əməkdaşları, ədliyyə işçiləri iştirak ediblər.

Baş prokurorun birinci müavini Rüstəm Usubov prokurorluq orqanlarının yaradılmasının 100 illik yubileyi münasibəti ilə rayon prokurorluğunun əməkdaşlarını təbrik edərək məlumat verib ki, Xətai prospekti ilə Vaqif küçəsinin kəsişməsində inşa olunan bina 4 mərtəbədən ibarətdir. Müasir standartlara uyğun tikilmiş inzibati bina bütün zəruri avadanlıq, kompüter sistemi, kommunikasiyalar və mühəndis qurğuları ilə təchiz edilib, mebel və digər inventarlarla təmin olunub.

R.Usubov həmçinin qeyd edib ki, Azərbaycan Prokurorluğunun demokratik məzmunda tamamilə yenidən formalaşması, mili maraqlarımıza xidmət edən bir təsisat kimi hərtərəfli təkmilləşməsi və müasirləşməsi məhz ulu öndər Heydər Əliyevin həyata keçirdiyi dövlətçilik siyasəti və onun gündəlik qayğısı nəticəsində mümkün olub.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov prokurorluğun əməkdaşlarını peşə bayramları münasibəti ilə təbrik edərək, Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində, qanunçuluğun təmin edilməsində, cinayətkarlıqla mübarizədə prokurorluq orqanlarının rolunu yüksək qiymətləndirib.

Hər iki tədbirdə xüsusilə vurğulanıb ki, Sumqayıt və Gəncə şəhər prokurorluqlarının inzibati binalarının istifadəyə verilməsi çox əlamətdar bir dövrə - Azərbaycan Respublikasının prokurorluq orqanlarının yaradılmasının 100 illiyinə təsadüf edir.

Tədbirlərdə iştirak edən prokurorluq əməkdaşları dövlətin onlara göstərdiyi yüksək etimadı doğruldacaqlarına, qarşıya qoyulan vəzifələri bundan sonra da əzmlə yerinə yetirəcəklərinə inam ifadə ediblər.

SON XƏBƏRLƏR
Təlimlərin gecə vaxtı döyüş atışlı mərhələsi keçirilib
AzMİU-da beynəlxalq elmi konfrans öz işinə başlayıb
Bulvarda “Himnimizi bir yerdə oxuyaq!” adlı fləşmob keçiriləcək
XV Avropa Gənclər Olimpiya Festivalına həsr olunmuş rəsm müsabiqəsinə start verilib
FHN-in Qarabağ Regional Mərkəzi mülki müdafiə məşqi keçirib
Dövlət Komitəsinin sədri və sədr müavinləri bölgələrdə vətəndaşları qəbul ediblər
Prezident İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə iftar mərasimində iştirak edib
Soydaşımız Ulyanovsk avtomobil zavodunun baş direktoru təyin edilib
Musiqi Mədəniyyəti Muzeyində Soltan Hacıbəyovun anadan olmasının 100 illiyi qeyd olunub
Almaniya Bundestaqının nümayəndələri Qəbələdə məcburi köçkünlərlə görüşüblər
Azərbaycan Ordusuna mənəvi dəstək aksiyası keçiriləcək
Mərkəzi Bank “Mastercard”la əməkdaşlıq edəcək
Bu il ölkəyə 113 min tonadək gübrə idxal olunub
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Kiyevdə beynəlxalq seminarda təmsil olunub
Dünyanın bir sıra aparıcı KİV-ləri UEFA Avropa Liqasının Bakıda keçiriləcək final oyununa dair məqalələr yayıb
Qazaxıstan Prezidenti Azərbaycan Prezidentinə təbrik məktubu ünvanlayıb
Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi Lənkəranda istifadəyə verilib
BMTİP-in Rezident nümayəndəsi Azərbaycanın xarici işlər nazirinə etimadnaməsini təqdim edib
Sabah Bakıda “Caspian Power” İdman Festivalına start veriləcək
UEFA İcraiyyə Komitəsinin gündəliyi açıqlanıb
Ankara və Tehran ikitərəfli münasibətləri müzakirə ediblər
İlham Əliyev Almaniya Bundestaqının nümayəndə heyətini qəbul edib
Güzəştli şərtlərlə pensiya hüququ olanlar üçün yeni, müasir Qəbul Mərkəzi istifadəyə verilib
Avropa Birliyində Avropa Parlamentinə seçkilər başlayır
DOQQUZ AYDA 381 ÇOXMƏRTƏBƏLİ BİNAYA QAZ VERİLİB
SUMQAYIT VƏ GƏNCƏ ŞƏHƏR PROKURORLUQLARININ YENİ İNZİBATİ BİNALARI İSTİFADƏYƏ VERİLİB
Beynəlxalq Böyük Türk Dili Qurultayında azərbaycanlı alimlərin məruzələri dinlənilib
Azərbaycan samboçuları Prezident Kuboku yarışında çıxış edəcəklər
İRAN NEFT HASİLATINI AZALTMAĞI PLANLAŞDIRMIR
SOCAR-IN MARKETİNQ VƏ İQTİSADİ ƏMƏLİYYATLAR İDARƏSİ QEYRİ-NEFT SEKTORU ÜZRƏ İXRACDA DÖVLƏTƏ MƏXSUS QURUMLAR ARASINDA LİDER OLARAQ QALIR