Bakıda “Mübarizlər” yarışı keçirilir

Tarix:29-09-2018, 14:00 Baxış Sayı:78 Kateqoriya:idman

Bakıda “Mübarizlər” yarışı keçirilir
Bakıda Fövqəladə Hallar Nazirliyinin (FHN) Təlim-Tədris Mərkəzində “Gilan Holding”in, FHN-in, Gənclər və İdman Nazirliyinin, Milli Olimpiya Komitəsinin təşkilati dəstəyi ilə beynəlxalq səviyyəli ekstremal idman turniri - “Mübarizlər” yarışı keçirilir.
haqqinsesi.info AZƏRTAC-a istinadən xəbər verir ki, sentyabrın 29-da yarışın açılış mərasimində çıxış edən “Mübarizlər” layihəsinin rəhbəri Elvin İsmayılov turnir haqqında məlumat verib. Bildirilib ki, üçüncü dəfədir Azərbaycanda təşkil edilən beynəlxalq "Mübarizlər" yarışında 35 komanda, minə yaxın iştirakçı qeydiyyatdan keçib.
Azərbaycanda idmana göstərilən dövlət qayğısından danışan layihə rəhbəri deyib ki, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın idmana göstərdikləri yüksək diqqət və qayğının nəticəsidir ki, bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Ölkəmizdə il ərzində bir neçə beynəlxalq idman tədbiri keçirilib.
“Mübarizlər” unikal və beynəlxalq statusa malik bir layihədir. Bu layihənin adı Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun adı ilə bağlı olduğundan biz çox inanırıq ki, gənclərimizdə vətənpərvərliyə, onların milli ruhda tərbiyə olunmasına öz töhfəsini verəcək.
Sonra yarışa start verilib.
Böyük maraq doğuran “Mübarizlər” layihəsi ekstremal idman həvəskarlarına fəal istirahətin tamamilə yeni formatını - çətin keçilən ərazidə maneəli qaçış təklif edir. Maneələr məxsusi olaraq elə hazırlanıb ki, trasın qət edilməsi zamanı iştirakçıların bütün qrup əzələləri hərəkətdə olur. Qaydalara əsasən, iştirakçılar yarış ərzində 5 kilometr uzunluğunda trası qət etməlidirlər. Daha sonra çempionat iştirakçıları uzunluğu 7 kilometr olan 42 maneədən ibarət məsafə üzrə qüvvələrini sınayacaqlar.
Hər iki format üçün avtopark, idman və əyləncə fəaliyyəti təqdim edən fan-zona, konsert proqramı, duş kabinələri və soyunub-geyinmə otaqları var.
Hazırda maneəli yarışlar bütün dünyada məşhurlaşan fəaliyyətlərdən biridir. Yeni idman növünə çevrilən bu yarışlar artıq klassik idman növlərini geridə qoyur.

SON XƏBƏRLƏR
Təlimlərin gecə vaxtı döyüş atışlı mərhələsi keçirilib
AzMİU-da beynəlxalq elmi konfrans öz işinə başlayıb
Bulvarda “Himnimizi bir yerdə oxuyaq!” adlı fləşmob keçiriləcək
XV Avropa Gənclər Olimpiya Festivalına həsr olunmuş rəsm müsabiqəsinə start verilib
FHN-in Qarabağ Regional Mərkəzi mülki müdafiə məşqi keçirib
Dövlət Komitəsinin sədri və sədr müavinləri bölgələrdə vətəndaşları qəbul ediblər
Prezident İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə iftar mərasimində iştirak edib
Soydaşımız Ulyanovsk avtomobil zavodunun baş direktoru təyin edilib
Musiqi Mədəniyyəti Muzeyində Soltan Hacıbəyovun anadan olmasının 100 illiyi qeyd olunub
Almaniya Bundestaqının nümayəndələri Qəbələdə məcburi köçkünlərlə görüşüblər
Azərbaycan Ordusuna mənəvi dəstək aksiyası keçiriləcək
Mərkəzi Bank “Mastercard”la əməkdaşlıq edəcək
Bu il ölkəyə 113 min tonadək gübrə idxal olunub
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Kiyevdə beynəlxalq seminarda təmsil olunub
Dünyanın bir sıra aparıcı KİV-ləri UEFA Avropa Liqasının Bakıda keçiriləcək final oyununa dair məqalələr yayıb
Qazaxıstan Prezidenti Azərbaycan Prezidentinə təbrik məktubu ünvanlayıb
Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi Lənkəranda istifadəyə verilib
BMTİP-in Rezident nümayəndəsi Azərbaycanın xarici işlər nazirinə etimadnaməsini təqdim edib
Sabah Bakıda “Caspian Power” İdman Festivalına start veriləcək
UEFA İcraiyyə Komitəsinin gündəliyi açıqlanıb
Ankara və Tehran ikitərəfli münasibətləri müzakirə ediblər
İlham Əliyev Almaniya Bundestaqının nümayəndə heyətini qəbul edib
Güzəştli şərtlərlə pensiya hüququ olanlar üçün yeni, müasir Qəbul Mərkəzi istifadəyə verilib
Avropa Birliyində Avropa Parlamentinə seçkilər başlayır
DOQQUZ AYDA 381 ÇOXMƏRTƏBƏLİ BİNAYA QAZ VERİLİB
SUMQAYIT VƏ GƏNCƏ ŞƏHƏR PROKURORLUQLARININ YENİ İNZİBATİ BİNALARI İSTİFADƏYƏ VERİLİB
Beynəlxalq Böyük Türk Dili Qurultayında azərbaycanlı alimlərin məruzələri dinlənilib
Azərbaycan samboçuları Prezident Kuboku yarışında çıxış edəcəklər
İRAN NEFT HASİLATINI AZALTMAĞI PLANLAŞDIRMIR
SOCAR-IN MARKETİNQ VƏ İQTİSADİ ƏMƏLİYYATLAR İDARƏSİ QEYRİ-NEFT SEKTORU ÜZRƏ İXRACDA DÖVLƏTƏ MƏXSUS QURUMLAR ARASINDA LİDER OLARAQ QALIR