Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi Lənkəranda istifadəyə verilib

Tarix:23-05-2019, 17:40 Baxış Sayı:26 Kateqoriya:iqtisadiyyat

Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi Lənkəranda istifadəyə verilib
Lənkəran Dövlət Universiteti nəzdində Azercell-in Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin yeni ofisinin açılış mərasimi keçirilib. “Akhundoff Group” şirkəti tərəfindən ən müasir avadanlıqla təchiz olunan ofisdə gənclər üçün sahibkarlıq və informasiya texnologiyaları mövzularını əhatə edən təlimlərin keçirilməsi, onlara müxtəlif layihələrin hazırlanmasında yardım edilməsi nəzərdə tutulub.

Tədbirdə çıxış edən Azercell-in Korporativ Ünsiyyət şöbəsinin rəhbəri Nigar Şıxlinskaya Lənkəran Dövlət Universitetinin rəsmilərinə və “Akhundoff Group” şirkətinin rəhbərliyinə bu təşəbbüsü dəstəklədiklərinə görə təşəkkür edib.

Azercell tərəfindən ölkədə sahibkarlıq mühitinin inkişafına töhfə vermək məqsədilə 2009-cu ildə yaradılan Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin fəaliyyətindən bəhs edən Nigar Şıxlinskaya, yeni açılan ofisin gənclərə bu sahədə əvəzsiz təcrübə bəxş edəcəyini söyləyib. O, həmçinin regional Barama ofislərinin paytaxt və bölgə universitetlərində təhsil alan tələbələri startap sahəsində bərabər inkişaf imkanları ilə təmin edəcəyini vurğulayıb. Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin rəhbəri İmran Bağırov öz nitqində yeni istifadəyə verilən mərkəzin əsas məqsədinin kənd təsərrüfatı və texnologiyanı birləşdirmək, bu sahədə ixtisaslı kadrlar, proqramçılar yetişdirmək olduğunu bildirib.

Qeyd etmək istərdik ki, Azercell hər zaman gənclərin peşəkar inkişafına və onların mütərəqqi ideyalarının həyata keçirilməsinə xüsusi diqqət ayırıb. Bu istiqamətdə Azercell-in təşəbbüsü ilə yaradılan ölkənin ilk biznes inkubatoru - Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin müstəsna rolu olub. Azercell və Paşa Bankın dəstəyi ilə mərkəz fəaliyyəti boyunca bir çox layihələrin müstəqil şirkətə çevrilməsinə yardım edib, müxtəlif tədbirlər, seminarlar və təlimlər keçirib.

SON XƏBƏRLƏR
Təlimlərin gecə vaxtı döyüş atışlı mərhələsi keçirilib
AzMİU-da beynəlxalq elmi konfrans öz işinə başlayıb
Bulvarda “Himnimizi bir yerdə oxuyaq!” adlı fləşmob keçiriləcək
XV Avropa Gənclər Olimpiya Festivalına həsr olunmuş rəsm müsabiqəsinə start verilib
FHN-in Qarabağ Regional Mərkəzi mülki müdafiə məşqi keçirib
Dövlət Komitəsinin sədri və sədr müavinləri bölgələrdə vətəndaşları qəbul ediblər
Prezident İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə iftar mərasimində iştirak edib
Soydaşımız Ulyanovsk avtomobil zavodunun baş direktoru təyin edilib
Musiqi Mədəniyyəti Muzeyində Soltan Hacıbəyovun anadan olmasının 100 illiyi qeyd olunub
Almaniya Bundestaqının nümayəndələri Qəbələdə məcburi köçkünlərlə görüşüblər
Azərbaycan Ordusuna mənəvi dəstək aksiyası keçiriləcək
Mərkəzi Bank “Mastercard”la əməkdaşlıq edəcək
Bu il ölkəyə 113 min tonadək gübrə idxal olunub
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Kiyevdə beynəlxalq seminarda təmsil olunub
Dünyanın bir sıra aparıcı KİV-ləri UEFA Avropa Liqasının Bakıda keçiriləcək final oyununa dair məqalələr yayıb
Qazaxıstan Prezidenti Azərbaycan Prezidentinə təbrik məktubu ünvanlayıb
Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi Lənkəranda istifadəyə verilib
BMTİP-in Rezident nümayəndəsi Azərbaycanın xarici işlər nazirinə etimadnaməsini təqdim edib
Sabah Bakıda “Caspian Power” İdman Festivalına start veriləcək
UEFA İcraiyyə Komitəsinin gündəliyi açıqlanıb
Ankara və Tehran ikitərəfli münasibətləri müzakirə ediblər
İlham Əliyev Almaniya Bundestaqının nümayəndə heyətini qəbul edib
Güzəştli şərtlərlə pensiya hüququ olanlar üçün yeni, müasir Qəbul Mərkəzi istifadəyə verilib
Avropa Birliyində Avropa Parlamentinə seçkilər başlayır
DOQQUZ AYDA 381 ÇOXMƏRTƏBƏLİ BİNAYA QAZ VERİLİB
SUMQAYIT VƏ GƏNCƏ ŞƏHƏR PROKURORLUQLARININ YENİ İNZİBATİ BİNALARI İSTİFADƏYƏ VERİLİB
Beynəlxalq Böyük Türk Dili Qurultayında azərbaycanlı alimlərin məruzələri dinlənilib
Azərbaycan samboçuları Prezident Kuboku yarışında çıxış edəcəklər
İRAN NEFT HASİLATINI AZALTMAĞI PLANLAŞDIRMIR
SOCAR-IN MARKETİNQ VƏ İQTİSADİ ƏMƏLİYYATLAR İDARƏSİ QEYRİ-NEFT SEKTORU ÜZRƏ İXRACDA DÖVLƏTƏ MƏXSUS QURUMLAR ARASINDA LİDER OLARAQ QALIR