İlk DOST mərkəzi Bakının Yasamal rayonunda yaradılacaq

Tarix:11-09-2018, 11:45 Baxış Sayı:150 Kateqoriya:maraqli

İlk DOST mərkəzi Bakının Yasamal rayonunda yaradılacaq
Prezident İlham Əliyevin 9 avqust 2018-ci il tarixli “Əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST (Dayanıqlı və Operativ Sosial Təminat) Agentliyinin və mərkəzlərinin, habelə ölkə başçısının 5 sentyabr 2018-ci il tarixli Fərmanı ilə “e-sosial” internet portalının yaradılması istiqamətində konkret işlər aparılır.
haqqinsesi.info xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən AZƏRTAC-ın əldə etdiyi məlumatda bildirilir ki, DOST Agentliyi və mərkəzlərinin fəaliyyətini təmin etmək məqsədilə bir sıra normativ hüquqi aktların layihələri, habelə müvafiq təkliflərin hazırlanması işləri bu ay ərzində başa çatdırılaraq aidiyyəti üzrə təqdim ediləcək. Artıq ilin sonunadək Bakının Yasamal rayonunda ilk DOST mərkəzinin yaradılması nəzərdə tutulur. Mərkəz bu rayonun və Səbail rayonunun əhalisinə xidmət edəcək.
Bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev DOST Agentliyin və mərkəzlərin yaradılması üçün aparılan işlərin müzakirəsi məqsədilə nazirlikdə keçirilən iclasda bildirib.
S.Babayev qeyd edib ki, agentliyin və mərkəzlərin təşkilatı strukturu, ştat vahidləri və sayı, kadrların seçimi və hazırlığı, işə qəbulu mexanizmi, iş rejiminin müəyyən olunması, “DOST” mərkəzlərində göstəriləcək xidmətlərin siyahısı və qaydaları da hazırlanır. Mərkəzlərdə həmin xidmətlər sistemləşdirilmiş formada “bir pəncərə” prinsipi üzrə şəffaf, operativ şəkildə vətəndaşlarla açıq iş şəraitində təqdim olunacaq. Həmin xidmətlərin siyahısında əmək, məşğulluq, sosial təminat, ünvanlı dövlət sosial yardımı, əlillik, pensiya, sosial sığorta və digər aidiyyəti sahələrdə 126 xidmət əhatə olunur. Hazırda bu xidmətlərin pasportlaşdırılması işləri görülür.
Nazir bildirib ki, həmçinin müvafiq xidmətlər üçün tələb olunan sənədlərin minimuma endirilməsi məqsədilə müvafiq qanunvericilikdə dəyişikliklərin edilməsi ilə bağlı təkliflər hazırlanmaqdadır. Qeyd olunan istiqamətlərdə, habelə İKT-nin və innovativ həllərin geniş tətbiqinə əsaslanan infrastrukturun qurulması, elektron sistemlərin qarşılıqlı inteqrasiyasının təmin olunması, “e-sosial” internet portalının və sosial reyestrin formalaşdırılması işləri yaxın vaxtlarda başa çatmalıdır. Mərkəzlərin iş mexanizmi elə qurulacaq ki, xidmətlərdən istifadə prosedurları sadəliyi, çevikliyi, müraciət edən vətəndaş üçün rahatlığı, tam şəffaflığı ilə ictimai məmnunluğa səbəb olsun.
İclasda müvafiq sahədə aparılan işlər barədə məlumat verilib. Bildirilib ki, “DOST” mərkəzlərində göstəriləcək yardımçı xidmətlər də müəyyən edilib. Buraya cari bank hesablarının açılması, dövlət rüsumlarının və xidmət haqlarının qəbulu, daşınmaz əmlakın sığortası, inzibati xətalara dair cərimələrin qəbulu və s. daxildir.

SON XƏBƏRLƏR
Təlimlərin gecə vaxtı döyüş atışlı mərhələsi keçirilib
AzMİU-da beynəlxalq elmi konfrans öz işinə başlayıb
Bulvarda “Himnimizi bir yerdə oxuyaq!” adlı fləşmob keçiriləcək
XV Avropa Gənclər Olimpiya Festivalına həsr olunmuş rəsm müsabiqəsinə start verilib
FHN-in Qarabağ Regional Mərkəzi mülki müdafiə məşqi keçirib
Dövlət Komitəsinin sədri və sədr müavinləri bölgələrdə vətəndaşları qəbul ediblər
Prezident İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə iftar mərasimində iştirak edib
Soydaşımız Ulyanovsk avtomobil zavodunun baş direktoru təyin edilib
Musiqi Mədəniyyəti Muzeyində Soltan Hacıbəyovun anadan olmasının 100 illiyi qeyd olunub
Almaniya Bundestaqının nümayəndələri Qəbələdə məcburi köçkünlərlə görüşüblər
Azərbaycan Ordusuna mənəvi dəstək aksiyası keçiriləcək
Mərkəzi Bank “Mastercard”la əməkdaşlıq edəcək
Bu il ölkəyə 113 min tonadək gübrə idxal olunub
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Kiyevdə beynəlxalq seminarda təmsil olunub
Dünyanın bir sıra aparıcı KİV-ləri UEFA Avropa Liqasının Bakıda keçiriləcək final oyununa dair məqalələr yayıb
Qazaxıstan Prezidenti Azərbaycan Prezidentinə təbrik məktubu ünvanlayıb
Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi Lənkəranda istifadəyə verilib
BMTİP-in Rezident nümayəndəsi Azərbaycanın xarici işlər nazirinə etimadnaməsini təqdim edib
Sabah Bakıda “Caspian Power” İdman Festivalına start veriləcək
UEFA İcraiyyə Komitəsinin gündəliyi açıqlanıb
Ankara və Tehran ikitərəfli münasibətləri müzakirə ediblər
İlham Əliyev Almaniya Bundestaqının nümayəndə heyətini qəbul edib
Güzəştli şərtlərlə pensiya hüququ olanlar üçün yeni, müasir Qəbul Mərkəzi istifadəyə verilib
Avropa Birliyində Avropa Parlamentinə seçkilər başlayır
DOQQUZ AYDA 381 ÇOXMƏRTƏBƏLİ BİNAYA QAZ VERİLİB
SUMQAYIT VƏ GƏNCƏ ŞƏHƏR PROKURORLUQLARININ YENİ İNZİBATİ BİNALARI İSTİFADƏYƏ VERİLİB
Beynəlxalq Böyük Türk Dili Qurultayında azərbaycanlı alimlərin məruzələri dinlənilib
Azərbaycan samboçuları Prezident Kuboku yarışında çıxış edəcəklər
İRAN NEFT HASİLATINI AZALTMAĞI PLANLAŞDIRMIR
SOCAR-IN MARKETİNQ VƏ İQTİSADİ ƏMƏLİYYATLAR İDARƏSİ QEYRİ-NEFT SEKTORU ÜZRƏ İXRACDA DÖVLƏTƏ MƏXSUS QURUMLAR ARASINDA LİDER OLARAQ QALIR