“Azərxalça”nın Füzuli filialında 1000 kvadratmetrə yaxın xalça toxunub

Tarix:27-09-2018, 16:30 Baxış Sayı:92 Kateqoriya:medeniyyet

“Azərxalça”nın Füzuli filialında 1000 kvadratmetrə yaxın xalça toxunub
“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin (ASC) Füzuli rayonunun Horadiz şəhərində fəaliyyət göstərən filialı 2016-cı ilin noyabr ayında istifadəyə verilib.
Ötən dövrdə xalça istehsalı emalatxanası öz fəaliyyətini genişləndirib. Hazırda burada 80-dən çox toxucu çalışır. Onlar "Azərxalça"nın təşkil etdiyi tədris-hazırlıq kurslarında bu sənətin sirlərinə yiyələniblər. Toxucuların çoxu gənclərdir. Burada 35 nəfər 30 yaşa qədər olan gənc toxucu işləyir.
haqqinsesi.info xəbər verir ki, “Azərxalça”nın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, fəaliyyətə başladığı vaxtdan indiyədək xalça fabrikində 950 kavadratmetr 255 xalça toxunub. Toxucular həm Horadiz şəhərinin, həm də Füzuli rayonunun ayrı-ayrı kəndlərinin, o cümlədən hazırda işğal altında olan kəndlərinin sakinləridir. Rayonun Horadiz şəhərindən, Zobucuq qəsəbəsindən, Bala Bəhmənli, Böyük Bəhmənli, Araz Yağlıvənd, Babı kəndlərindən olan toxucular daha çoxdur. Xalçaçılar müxtəlif ölçülü 43 dəzgahda çalışırlar. Toxucuların rahatlığının təmin olunması üçün fabrikdə lazımi şərait yaradılıb, filiala "Hyundai" markalı avtobus verilib. Horadiz şəhərindəki xalça istehsalı emalatxanasında əsasən Qarabağ qrupu Azərbaycan xalçalarının toxunmasına üstünlük verilir. Hazırda hanalarda 34 xalça var.
"Azərxalça" fəaliyyətə başladığı gündən klassik Azərbaycan xalçalarının yenidən istehsalında maraqlı olduğundan Füzuli filialının ilk məhsulları məhz belə xalçalar olub. Burada istehsal edilən ilk xalçalardan birinin xalçaçılıq tariximizdə mühüm yer tutan qədim "Əjdahalı" çeşnisi əsasında toxunması təsadüfi deyildi. Çünki Qarabağın klassik xalçaları içərisində bu nümunənin özünəməxsus yeri vardır. Azərbaycan xalçaçılıq tarixinin ən qədim örnəklərindən olan "Əjdahalı" xalçalar əsasən XVI-XVII əsrlərdə toxunub. Bu xalçanın qədim nümunələrinə dünyanın məşhur incəsənət muzeylərində və şəxsi kolleksiyalarda rast gəlmək mümkündür. 2017-ci ildə bu filialda Fransanın Paris şəhərində bir şəxsi kolleksiyada saxlanılan, XVIII əsrə aid "Əjdahalı" xalçanın çeşnisi əsasında yeni xalça istehsal edilib.
"Azərxalça"nın digər filialları kimi Horadizdəki emalatxanada da sağlamlığı xalça toxumağa imkan verən insanlar işlə təmin edilib. Onlara hər cür şərait yaradılıb. Füzulinin Böyük Bəhmənli kənd sakini, eşitmə qüsuru olan və danışa bilməyən 32 yaşlı Gülyaz Hüseynova xalça toxumağı "Azərxalça" tərəfindən təşkil olunan kursda iştirak edərək öyrənib. Artıq bir ildən çoxdur ki, Füzuli filialında çalışan gənc toxucu bu müddət ərzində 7 xalça toxuyub. O, buradakı işindən çox razıdır və onun kimi insanlara göstərilən qayğıya görə dövlətimizə minnətdardır. Toxucu yoldaşları deyir ki, "Azərxalça"nın Füzuli filialının yaradılması rayonda yaşayan bütün xalçaçıların ürəyincədir. Ancaq ən çox sevinən Gülyaz Hüseynovadır. Çünki bu xalça istehsalı emalatxanası onun həyatını kökündən dəyişdirib. Gülyaz indi bu kollektivdə çalışaraq gələcəyə daha böyük ümidlə və inamla baxır.
Füzuli filialında peşəkar toxucuların rəhbərliyi altında keyfiyyətli xalçalar toxunur. Toxucular işə həvəslə, maraqla yanaşırlar. Emalatxanada əmək rəqabəti var. Hər kəs daha tez və daha yaxşı xalça toxumaq üçün çalışır, öz işinə yaradıcı yanaşır. Bu da, öz növbəsində, əmək məhsuldarlığını təmin edir.

SON XƏBƏRLƏR
Təlimlərin gecə vaxtı döyüş atışlı mərhələsi keçirilib
AzMİU-da beynəlxalq elmi konfrans öz işinə başlayıb
Bulvarda “Himnimizi bir yerdə oxuyaq!” adlı fləşmob keçiriləcək
XV Avropa Gənclər Olimpiya Festivalına həsr olunmuş rəsm müsabiqəsinə start verilib
FHN-in Qarabağ Regional Mərkəzi mülki müdafiə məşqi keçirib
Dövlət Komitəsinin sədri və sədr müavinləri bölgələrdə vətəndaşları qəbul ediblər
Prezident İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə iftar mərasimində iştirak edib
Soydaşımız Ulyanovsk avtomobil zavodunun baş direktoru təyin edilib
Musiqi Mədəniyyəti Muzeyində Soltan Hacıbəyovun anadan olmasının 100 illiyi qeyd olunub
Almaniya Bundestaqının nümayəndələri Qəbələdə məcburi köçkünlərlə görüşüblər
Azərbaycan Ordusuna mənəvi dəstək aksiyası keçiriləcək
Mərkəzi Bank “Mastercard”la əməkdaşlıq edəcək
Bu il ölkəyə 113 min tonadək gübrə idxal olunub
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Kiyevdə beynəlxalq seminarda təmsil olunub
Dünyanın bir sıra aparıcı KİV-ləri UEFA Avropa Liqasının Bakıda keçiriləcək final oyununa dair məqalələr yayıb
Qazaxıstan Prezidenti Azərbaycan Prezidentinə təbrik məktubu ünvanlayıb
Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi Lənkəranda istifadəyə verilib
BMTİP-in Rezident nümayəndəsi Azərbaycanın xarici işlər nazirinə etimadnaməsini təqdim edib
Sabah Bakıda “Caspian Power” İdman Festivalına start veriləcək
UEFA İcraiyyə Komitəsinin gündəliyi açıqlanıb
Ankara və Tehran ikitərəfli münasibətləri müzakirə ediblər
İlham Əliyev Almaniya Bundestaqının nümayəndə heyətini qəbul edib
Güzəştli şərtlərlə pensiya hüququ olanlar üçün yeni, müasir Qəbul Mərkəzi istifadəyə verilib
Avropa Birliyində Avropa Parlamentinə seçkilər başlayır
DOQQUZ AYDA 381 ÇOXMƏRTƏBƏLİ BİNAYA QAZ VERİLİB
SUMQAYIT VƏ GƏNCƏ ŞƏHƏR PROKURORLUQLARININ YENİ İNZİBATİ BİNALARI İSTİFADƏYƏ VERİLİB
Beynəlxalq Böyük Türk Dili Qurultayında azərbaycanlı alimlərin məruzələri dinlənilib
Azərbaycan samboçuları Prezident Kuboku yarışında çıxış edəcəklər
İRAN NEFT HASİLATINI AZALTMAĞI PLANLAŞDIRMIR
SOCAR-IN MARKETİNQ VƏ İQTİSADİ ƏMƏLİYYATLAR İDARƏSİ QEYRİ-NEFT SEKTORU ÜZRƏ İXRACDA DÖVLƏTƏ MƏXSUS QURUMLAR ARASINDA LİDER OLARAQ QALIR