Azərbaycan Aşıqlar Birliyi VI Qurultayını keçirib

Tarix:28-09-2018, 15:00 Baxış Sayı:85 Kateqoriya:medeniyyet

Azərbaycan Aşıqlar Birliyi VI Qurultayını keçirib
Sentyabrın 28-də R. Behbudov adına Mahnı Teatrında Azərbaycan Aşıqlar Birliyinin VI Qurultayı keçirilib.
haqqinsesi.info AZƏRTAC-a istinadən xəbər verir ki, qurultayı giriş sözü ilə Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, akademik Rafael Hüseynov açaraq aşıq sənəti haqqında məlumat verib.
Azərbaycan Aşıqlar Birliyinin ilk qurultayının 1928-ci ildə keçirildiyini deyən R. Hüseynov bu gün altıncı qurultayın gerçəkləşməsini əlamətdar hadisə hesab edib. Bildirib ki, aşıq sənəti, həm də millətin böyük amallarının ifadəsidir. “Sevindirici haldır ki, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın aşıq sənətinə diqqət və qayğısı çox yüksəkdir. Azərbaycanın aşıq ensiklopediyası işıq üzü görüb. Mehriban Əliyevanın səyləri nəticəsində aşıq sənəti UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. Artıq aşıq sənəti özünün əvvəlki şöhrətini bərpa etməkdədir. Bu sənət növü artıq bəşəri sənət kimi qorunur. Əlbəttə ki, Mehriban xanım UNESCO ilə əməkdaşlıq etməsə idi, bu mötəbər qurumun xoşməramlı səfiri olmasaydı aşıq sənətinin belə bir mötəbər siyahıda yer alması çatmaq çox çətin olardı. UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına ölkəmizin 11 nominasiyası artıq daxil edilib. Üçünün üzərində iş gedir ki, yaxın zamanlarda reallaşacaq, ikisi də hazırlıq mərhələsindədir. İnanıram ki, Azərbaycan dövlətinin daha da güclənməsi ilə bu sənətin olduqca böyük zirvələri fəth etməsinin şahidi olacağıq”,- deyə R.Hüseynov söyləyib.
Sonra Qurultayın mandat komissiyasının sədri Elxan Məmmədlinin hesabatı dinlənilib.
Mədəniyyət naziri Əbülfəs Qarayev Azərbaycan aşıq sənətinin son illərdəki fəaliyyət istiqamətlərindən danışıb. Nazir vurğulayıb ki, ölkəmizin bölgələrində yerləşən musiqi məktəblərində saz sənəti öyrədilir, tədris olunur, proqrama daxil edilir. Bütün bunla bu sənətin gələcək nəsillər tərəfindən qorunmasına, yaşadılmasına hesablanmış addımdır.
Nazir qədim, əbədi mənəvi varlığımız olan aşıq sənətinə ulu öndər Heydər Əliyevin yüksək qiymət verdiyini, ümummilli liderin təşəbbüsü ilə UNESCO tərəfindən “Kitabi-Dədə Qorqud”un 1300 illik yubileyinin keçirildiyini xatırladıb. Ə.Qarayev ulu öndər Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin ədəbiyyatımıza, incəsənətimizə, aşıq sənətinə qayğısından, bir çox aşıqlarımıza Prezident təqaüdünün verilməsindən söhbət açıb.
“Aşıq sənəti xalqımızın mədəni, mənəvi həyatı, dünyagörüşü, yaşayış tərzi ilə vəhdət təşkil edərək daim inkişaf edən bir xalq sənətidir. Xalqımızın digər irs nümunələri kimi saz-söz sənətimizə də dövlət səviyyəsində diqqət və qayğı göstərilir, bu sənət inkişaf etdirilir və dünya səviyyəsində təbliğ olunur. Dövlət başçısının bu sahəyə diqqəti, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəxsi səyi nəticəsində aşıq sənəti UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib”, - deyə Ə.Qarayev söyləyib.
Əməkdar Elm Xadimi Məhərrəm Qasımlı çıxış edərək rəhbərlik etdiyi qurumun son illər gördüyü işlərdən danışıb. Vurğulayıb ki, son illər ölkəmizdə aşıq sənətinin qorunması, gələcək nəsillərə ötürülməsi, araşdırılması, inkişaf etdirilməsi, gənclərin bu sənətə istiqamətləndirilməsi yönündə dövlət tərəfindən mühüm işlər görülür. Sözsüz ki, bu işlərin ardıcıl və sistemli şəkildə aparılmasında Azərbaycan Aşıqlar Birliyinin üzərinə böyük məsuliyyət düşür. Natiq deyib ki, son dövrlər milli-mənəvi dəyərlərimizə, o cümlədən də aşıq sənəti ilə bağlı olan tarixi dəyərlərimizə ölkəmizdə böyük həssaslıqla yanaşılır və qayğı göstərilir. 2009-cu ildə aşıq sənəti Azərbaycan xalqına məxsus bir inci kimi dünya sənət şedevrləri sırasında - UNESCO-nun qeyri-maddi-mədəni irs üzrə Reprezentativ Siyahısına daxil edildi. Bu Azərbaycan dövlətinin, Azərbaycan Prezidentinin, Birinci vitse-prezident Mehriban Əliyevanın çox böyük diqqət və qayğısı nəticəsində baş verdi.
Bildirib ki, bu gün aşıq sənəti bir dövlətçilik atributu kimi diqqət mərkəzindədir. Bu sənət dövlətçiliyə bağlı olan sənətdir.
Xalq şairi Nəriman Həsənzadə və digər şəxslər çıxış edərək qurultayın əhəmiyyətindən söz açıb, aşıq sənətinin humanitar mədəniyyət strategiyasındakı rolunu vurğulayıblar.
Qurultayda Əməkdar Elm Xadimi Məhərrəm Qasımlı səsvermə yolu ilə yenidən Azərbaycan Aşıqlar Birliyinin sədr seçilib.
Sonda qurultay iştirakçıları adından Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul edilib.

SON XƏBƏRLƏR
Təlimlərin gecə vaxtı döyüş atışlı mərhələsi keçirilib
AzMİU-da beynəlxalq elmi konfrans öz işinə başlayıb
Bulvarda “Himnimizi bir yerdə oxuyaq!” adlı fləşmob keçiriləcək
XV Avropa Gənclər Olimpiya Festivalına həsr olunmuş rəsm müsabiqəsinə start verilib
FHN-in Qarabağ Regional Mərkəzi mülki müdafiə məşqi keçirib
Dövlət Komitəsinin sədri və sədr müavinləri bölgələrdə vətəndaşları qəbul ediblər
Prezident İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə iftar mərasimində iştirak edib
Soydaşımız Ulyanovsk avtomobil zavodunun baş direktoru təyin edilib
Musiqi Mədəniyyəti Muzeyində Soltan Hacıbəyovun anadan olmasının 100 illiyi qeyd olunub
Almaniya Bundestaqının nümayəndələri Qəbələdə məcburi köçkünlərlə görüşüblər
Azərbaycan Ordusuna mənəvi dəstək aksiyası keçiriləcək
Mərkəzi Bank “Mastercard”la əməkdaşlıq edəcək
Bu il ölkəyə 113 min tonadək gübrə idxal olunub
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Kiyevdə beynəlxalq seminarda təmsil olunub
Dünyanın bir sıra aparıcı KİV-ləri UEFA Avropa Liqasının Bakıda keçiriləcək final oyununa dair məqalələr yayıb
Qazaxıstan Prezidenti Azərbaycan Prezidentinə təbrik məktubu ünvanlayıb
Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi Lənkəranda istifadəyə verilib
BMTİP-in Rezident nümayəndəsi Azərbaycanın xarici işlər nazirinə etimadnaməsini təqdim edib
Sabah Bakıda “Caspian Power” İdman Festivalına start veriləcək
UEFA İcraiyyə Komitəsinin gündəliyi açıqlanıb
Ankara və Tehran ikitərəfli münasibətləri müzakirə ediblər
İlham Əliyev Almaniya Bundestaqının nümayəndə heyətini qəbul edib
Güzəştli şərtlərlə pensiya hüququ olanlar üçün yeni, müasir Qəbul Mərkəzi istifadəyə verilib
Avropa Birliyində Avropa Parlamentinə seçkilər başlayır
DOQQUZ AYDA 381 ÇOXMƏRTƏBƏLİ BİNAYA QAZ VERİLİB
SUMQAYIT VƏ GƏNCƏ ŞƏHƏR PROKURORLUQLARININ YENİ İNZİBATİ BİNALARI İSTİFADƏYƏ VERİLİB
Beynəlxalq Böyük Türk Dili Qurultayında azərbaycanlı alimlərin məruzələri dinlənilib
Azərbaycan samboçuları Prezident Kuboku yarışında çıxış edəcəklər
İRAN NEFT HASİLATINI AZALTMAĞI PLANLAŞDIRMIR
SOCAR-IN MARKETİNQ VƏ İQTİSADİ ƏMƏLİYYATLAR İDARƏSİ QEYRİ-NEFT SEKTORU ÜZRƏ İXRACDA DÖVLƏTƏ MƏXSUS QURUMLAR ARASINDA LİDER OLARAQ QALIR