Musiqi Mədəniyyəti Muzeyində Soltan Hacıbəyovun anadan olmasının 100 illiyi qeyd olunub

Tarix:23-05-2019, 20:00 Baxış Sayı:22 Kateqoriya:medeniyyet

Musiqi Mədəniyyəti Muzeyində Soltan Hacıbəyovun anadan olmasının 100 illiyi qeyd olunub
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində görkəmli Azərbaycan bəstəkarı, dirijor, pedaqoq, SSRİ Xalq artisti Soltan Hacıbəyovun anadan olmasının 100 illiyi münasibətilə tədbir keçirilib.

haqqinsesi.info xəbər verir ki, muzeyin əməkdaşları bəstəkarın həyat və yaradıcılığından söz açıblar. Bildirilib ki, Soltan Hacıbəyov 1919-cu il mayın 8-də Şuşada anadan olub. 1930-cu ildə ikiillik ibtidai məktəbi bitirib, 1936-cı ildə Bakıya köçüb və əmisi Ü.Hacıbəylinin ailəsində yaşamağa başlayıb. Orta məktəbi bitirəndən sonra Bakı Musiqi Məktəbində A.Kolpinskinin truba sinfinə daxil olub. 1939-cu ildə məktəbi bitirən S.Hacıbəyov Azərbaycan Dövlət Konservatoriyasına, B.Zeydmanın sinfində bəstəkarlıq fakültəsinə daxil olub. 1946-cı ildə Konservatoriyanı bitirib.

1939-1940-cı illərdə Konservatoriyanın tələbəsi olarkən Bakı Musiqili Komediya Teatrında (indiki Azərbaycan Dövlət Akademik Musiqili Teatrı) dirijorluq edib. 1940-1942-ci illərdə Müslüm Maqomayev adına Filarmoniya Cəmiyyətinin Azərbaycan Sazçı Qızlar Ansamblına başçılıq edib. 1942-1945-ci illərdə Bakı Filarmoniya Orkestrinin bədii rəhbəri, 1947-ci ildən direktoru olub.

1948-ci ildən Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri, 1955-1962-ci illərdə direktoru vəzifələrində çalışıb.

1948-ci ildən Azərbaycan Dövlət Konservatoriyasının müəllimi, 1965-ci ildən professoru, 1969-cu ildən rektoru işləyib.

Bəstəkar 1974-cü il sentyabrın 19-da vəfat edib, Bakıda, Fəxri xiyabanda dəfn olunub.

Soltan Hacıbəyov özündən sonra böyük musiqi irsi qoyub gedib. O, “Qızılgül” musiqili komediyasını (1940), “İsgəndər və çoban” (1947) uşaq operasını, “Gülşən” baletini (1950), orkestr üçün 2 simfoniya (1944,1946), “Karvan” simfonik lövhəsini (1945), uvertüra (1956), konsert (1964), skripka ilə orkestr üçün konsert (1945), instrumental və vokal pyeslər, Xalq Çalğı Alətləri Orkestri üçün əsərlər, romanslar, mahnılar, dram tamaşalarına, o cümlədən S.Vurğunun “Xanlar” (1944), C.Cabbarlının “Yaşar”, “Aydın” (1957, 1959) əsərlərinə musiqi bəstələyib.

Tədbirdə Musiqi Mədəniyyəti Muzeyinin arxiv materialları əsasında hazırlanmış videoçarx nümayiş etdirilib.

Sonra gənc musiqiçilərin Soltan Hacıbəyovun 100 illiyinə və İsmayıl Hacıbəyovun 70 illiyinə həsr olunmuş Respublika festivalının diplomantlarının konserti olub.
Musiqi Mədəniyyəti Muzeyində Soltan Hacıbəyovun anadan olmasının 100 illiyi qeyd olunub
Musiqi Mədəniyyəti Muzeyində Soltan Hacıbəyovun anadan olmasının 100 illiyi qeyd olunub
Musiqi Mədəniyyəti Muzeyində Soltan Hacıbəyovun anadan olmasının 100 illiyi qeyd olunub

SON XƏBƏRLƏR
Təlimlərin gecə vaxtı döyüş atışlı mərhələsi keçirilib
AzMİU-da beynəlxalq elmi konfrans öz işinə başlayıb
Bulvarda “Himnimizi bir yerdə oxuyaq!” adlı fləşmob keçiriləcək
XV Avropa Gənclər Olimpiya Festivalına həsr olunmuş rəsm müsabiqəsinə start verilib
FHN-in Qarabağ Regional Mərkəzi mülki müdafiə məşqi keçirib
Dövlət Komitəsinin sədri və sədr müavinləri bölgələrdə vətəndaşları qəbul ediblər
Prezident İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə iftar mərasimində iştirak edib
Soydaşımız Ulyanovsk avtomobil zavodunun baş direktoru təyin edilib
Musiqi Mədəniyyəti Muzeyində Soltan Hacıbəyovun anadan olmasının 100 illiyi qeyd olunub
Almaniya Bundestaqının nümayəndələri Qəbələdə məcburi köçkünlərlə görüşüblər
Azərbaycan Ordusuna mənəvi dəstək aksiyası keçiriləcək
Mərkəzi Bank “Mastercard”la əməkdaşlıq edəcək
Bu il ölkəyə 113 min tonadək gübrə idxal olunub
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Kiyevdə beynəlxalq seminarda təmsil olunub
Dünyanın bir sıra aparıcı KİV-ləri UEFA Avropa Liqasının Bakıda keçiriləcək final oyununa dair məqalələr yayıb
Qazaxıstan Prezidenti Azərbaycan Prezidentinə təbrik məktubu ünvanlayıb
Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi Lənkəranda istifadəyə verilib
BMTİP-in Rezident nümayəndəsi Azərbaycanın xarici işlər nazirinə etimadnaməsini təqdim edib
Sabah Bakıda “Caspian Power” İdman Festivalına start veriləcək
UEFA İcraiyyə Komitəsinin gündəliyi açıqlanıb
Ankara və Tehran ikitərəfli münasibətləri müzakirə ediblər
İlham Əliyev Almaniya Bundestaqının nümayəndə heyətini qəbul edib
Güzəştli şərtlərlə pensiya hüququ olanlar üçün yeni, müasir Qəbul Mərkəzi istifadəyə verilib
Avropa Birliyində Avropa Parlamentinə seçkilər başlayır
DOQQUZ AYDA 381 ÇOXMƏRTƏBƏLİ BİNAYA QAZ VERİLİB
SUMQAYIT VƏ GƏNCƏ ŞƏHƏR PROKURORLUQLARININ YENİ İNZİBATİ BİNALARI İSTİFADƏYƏ VERİLİB
Beynəlxalq Böyük Türk Dili Qurultayında azərbaycanlı alimlərin məruzələri dinlənilib
Azərbaycan samboçuları Prezident Kuboku yarışında çıxış edəcəklər
İRAN NEFT HASİLATINI AZALTMAĞI PLANLAŞDIRMIR
SOCAR-IN MARKETİNQ VƏ İQTİSADİ ƏMƏLİYYATLAR İDARƏSİ QEYRİ-NEFT SEKTORU ÜZRƏ İXRACDA DÖVLƏTƏ MƏXSUS QURUMLAR ARASINDA LİDER OLARAQ QALIR