Naxçıvanda “donuz qripi”nə qarşı bu tədbirlər görülür

Tarix:2-02-2016, 09:53 Baxış Sayı:3141 Kateqoriya:sehiyye

Naxçıvanda “donuz qripi”nə qarşı bu tədbirlər görülür Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi muxtar respublikada “donuz qripi”nə (A/H1N1) qarşı görülən qabaqlayıcı tədbirləri açıqlayıb.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi bildirir ki, Azərbaycan Respublikası, o cümlədən Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd olan ölkələrdə “donuz qripi”nə (A/H1N1) görə epidemioloji vəziyyətin kəskin ağırlaşması ilə əlaqədar olaraq zəruri qabaqlayıcı tədbirlərin həyata keçirilməsi, tibb işçiləri və əhali arasında geniş səhiyyə maarifi işlərinin aparılması davam etdirilir.
Muxtar respublika ərazisində “donuz qripi” virusu ilə bağlı təhlükəli hala rast gəlinməsə də, bu xəstəliyə qarşı profilaktik tədbirlərin gücləndirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən hazırlanmış tədbirlər planı hələ ötən il dekabrın 24-də muxtar respublikanın bütün şəhər və rayon tibb müəssisələrinə paylanıb. Tədbirlər planına əsasən, Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasında və bütün rayon mərkəzi xəstəxanalarında çalışan pediatrların, terapevtlərin, həkim ambulatoriyalarında, feldşer-mama məntəqələrində işləyən sahə tibb işçilərinin, məktəb və məktəbəqədər uşaq müəssisələrinin tibb bacılarının və ərazi Gigiyena və Epidemiologiya mərkəzlərinin həkim-epidemioloq, epidemioloq köməkçiləri, dezinfektor təlimatçılarının iştirakı ilə geniş elmi-praktik seminarlar keçirilib. Tədbirin keçirilməsində məqsəd sahə tibb işçiləri tərəfindən ev gəzintilərinin intensivliyinin artırılması, qrip xəstəliyinə bənzər əlamətlər olan hallarda həmin xəstələrin və xəstələrlə təmasda olan, onlara qulluq göstərən şəxslərin tibbi nəzarətdə saxlanılması, məktəb və məktəbəqədər müəssisələrin tibb bacıları tərəfindən məktəb və bağçaların girişində tibbi müşahidənin aparılması, uşaqlar, müəllimlər, tərbiyəçilər və başqalarında qrip xəstəliyinə şübhəli hal aşkar olunduqda dərhal sağlam kollektivdən təcrid olunaraq evdə ambulator müalicəyə cəlb olunmasından ibarətdir.
Tibb bacılarına kəskin xəstəlik əlamətləri olan şəxslərin stasionar şəraitdə həkim nəzarəti altında müalicə almaları, ehtiyac olduğu halda Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinə köçürülməsi tapşırığı verilib. Xəstəliyin profilaktikası məqsədilə Səhiyyə Nazirliyi tərəfindən hazırlanmış yaddaş vərəqələrinin əhali arasında paylanması təmin edilib. Gigiyena və Epidemiologiya mərkəzləri tərəfindən məktəb və məktəbəqədər uşaq müəssisələrində, ictimai iaşə obyektlərində, əhalinin daha sıx olduğu ictimai yerlərdə, məişət tullantısı meydançalarında dezinfeksiya tədbirlərinin aparılması intensiv xarakter alıb. Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzində və rayon mərkəzi xəstəxanalarının yoluxucu xəstəliklər şöbələrində bu məqsədlə lazımi palatalar hazırlanıb, dərman preparatları ilə təchiz edilib.

SON XƏBƏRLƏR
Təlimlərin gecə vaxtı döyüş atışlı mərhələsi keçirilib
AzMİU-da beynəlxalq elmi konfrans öz işinə başlayıb
Bulvarda “Himnimizi bir yerdə oxuyaq!” adlı fləşmob keçiriləcək
XV Avropa Gənclər Olimpiya Festivalına həsr olunmuş rəsm müsabiqəsinə start verilib
FHN-in Qarabağ Regional Mərkəzi mülki müdafiə məşqi keçirib
Dövlət Komitəsinin sədri və sədr müavinləri bölgələrdə vətəndaşları qəbul ediblər
Prezident İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə iftar mərasimində iştirak edib
Soydaşımız Ulyanovsk avtomobil zavodunun baş direktoru təyin edilib
Musiqi Mədəniyyəti Muzeyində Soltan Hacıbəyovun anadan olmasının 100 illiyi qeyd olunub
Almaniya Bundestaqının nümayəndələri Qəbələdə məcburi köçkünlərlə görüşüblər
Azərbaycan Ordusuna mənəvi dəstək aksiyası keçiriləcək
Mərkəzi Bank “Mastercard”la əməkdaşlıq edəcək
Bu il ölkəyə 113 min tonadək gübrə idxal olunub
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Kiyevdə beynəlxalq seminarda təmsil olunub
Dünyanın bir sıra aparıcı KİV-ləri UEFA Avropa Liqasının Bakıda keçiriləcək final oyununa dair məqalələr yayıb
Qazaxıstan Prezidenti Azərbaycan Prezidentinə təbrik məktubu ünvanlayıb
Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi Lənkəranda istifadəyə verilib
BMTİP-in Rezident nümayəndəsi Azərbaycanın xarici işlər nazirinə etimadnaməsini təqdim edib
Sabah Bakıda “Caspian Power” İdman Festivalına start veriləcək
UEFA İcraiyyə Komitəsinin gündəliyi açıqlanıb
Ankara və Tehran ikitərəfli münasibətləri müzakirə ediblər
İlham Əliyev Almaniya Bundestaqının nümayəndə heyətini qəbul edib
Güzəştli şərtlərlə pensiya hüququ olanlar üçün yeni, müasir Qəbul Mərkəzi istifadəyə verilib
Avropa Birliyində Avropa Parlamentinə seçkilər başlayır
DOQQUZ AYDA 381 ÇOXMƏRTƏBƏLİ BİNAYA QAZ VERİLİB
SUMQAYIT VƏ GƏNCƏ ŞƏHƏR PROKURORLUQLARININ YENİ İNZİBATİ BİNALARI İSTİFADƏYƏ VERİLİB
Beynəlxalq Böyük Türk Dili Qurultayında azərbaycanlı alimlərin məruzələri dinlənilib
Azərbaycan samboçuları Prezident Kuboku yarışında çıxış edəcəklər
İRAN NEFT HASİLATINI AZALTMAĞI PLANLAŞDIRMIR
SOCAR-IN MARKETİNQ VƏ İQTİSADİ ƏMƏLİYYATLAR İDARƏSİ QEYRİ-NEFT SEKTORU ÜZRƏ İXRACDA DÖVLƏTƏ MƏXSUS QURUMLAR ARASINDA LİDER OLARAQ QALIR