Prezident İlham Əliyev iftar mərasimində iştirak edib

Tarix:13-07-2015, 13:42 Baxış Sayı:3023 Kateqoriya:siyaset

Prezident İlham Əliyev iftar mərasimində iştirak edib İyulun 11-də Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə müqəddəs Ramazan ayı münasibətilə öz iqamətgahında iftar süfrəsi açıb.
haqqinsesi.info-ın prezidentin saytına istinadən verdiyi xəbərə görə, Azərbaycan prezidenti İlham Əliyev iftar mərasimində iştirak edib.
İftar mərasimi “Qurani-Kərim”dən ayələrin və Ramazan duasının oxunması ilə başlayıb.
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə mərasimdə çıxış edərək müqəddəs “Qurani-Kərim”in nazil olduğu mübarək Ramazan ayı münasibətilə açılan iftar süfrəsinə dəvəti qəbul etdiyinə görə prezident İlham Əliyevə dərin minnətdarlığını bildirib, bunun İslam dininə ehtiram və milli mənəvi dəyərlərə verilən yüksək qiymət olduğunu vurğulayıb. Şeyxülislam Azərbaycanda sabitlik, inkişaf, birlik, vicdan azadlığı və tolerantlığın hökm sürməsinin Heydər Əliyevin təməlini qoyduğu müdrik siyasətin bəhrəsi olduğunu və bu siyasəti prezident İlham Əliyevin də uğurla davam etdirdiyini bildirib. Ölkənin beynəlxalq imicinin daha da möhkəmləndiyini vurğulayan şeyxülislam respublikada gedən sürətli sosial-iqtisadi inkişafı və nümunəvi tolerantlığı beynəlxalq birliyin də etiraf etdiyini deyib. Bu yaxınlarda ölkənin ev sahibliyi etdiyi birinci Avropa Oyunlarının yüksək səviyyədə keçdiyini qeyd edən şeyxülislam Allahşükür Paşazadə Azərbaycanda milli mənəvi dəyərlərin qorunub möhkəmləndirilməsində Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın da xüsusi xidmətlərini diqqətə çatdırıb. Birinci Avropa Oyunlarının açılış mərasimində onun “Qoy, Tanrı bizi qorusun” deməsini mənəviyyatın təntənəsi adlandırıb.
Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının rəhbəri Aleksandr Azərbaycanda hökm sürən tolerantlığın, nümunəvi multikulturalizmin beynəlxalq səviyyədə yüksək qiymətləndirildiyini bildirib. O da birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkil olunduğunu diqqətə çatdırıb.
Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev ölkəmizdə dinlərarası dialoqun və millətlərarası münasibətlərin yüksək səviyyədə olduğunu deyib. Milix Yevdayev bildirib ki, yəhudilər Azərbaycanın bütün qələbələrinə sevinir və Azərbaycanı özlərinə doğma bilirlər, onun uğurlarına sevinirlər.
Mərasimdə çıxış edən Azərbaycan prezidenti İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə təbriklərini çatdırıb, xalqımıza sülh və xoşbəxtlik arzulayıb. Hər il gözəl ənənəyə çevrilən iftar mərasimini ölkəmizdəki din-dövlət münasibətlərinin təzahürü adlandıran dövlət başçısı əsası Heydər Əliyev tərəfindən qoyulan bu siyasətin müstəqillik dayaqlarımızı daha da möhkəmləndirdiyini bildirib.
“Azərbaycanda düşünülmüş siyasət, xalqla iqtidar arasında möhkəm birlik var və bu, bizim uğurumuzdur”, - deyən prezident İlham Əliyev yalnız müstəqillik dövründə ölkəmizin bütün uğurlara nail olduğunu diqqətə çatdırıb. Son illərdə Azərbaycanda dinlərarası münasibətlər və multikulturalizmlə bağlı keçirilən forumların əhəmiyyətinə toxunan dövlət başçısı ölkədəki tolerantlıq mühitinin həyat tərzimizə çevrildiyini vurğulayıb. Son dövrlərdə bəzi ölkələrdə milli və dini zəmində qarşıdurmaların, müharibələrin, toqquşmaların baş verdiyini deyən prezident İlham Əliyev bütün bunların Azərbaycana təsir etmədiyini bildirib.
Dövlət başçısı Azərbaycanın dünyəvi dövlət olduğunu, tarixdə ilk dəfə ölkəmizdə keçirilən birinci Avropa Oyunlarının yüksək səviyyədə baş tutduğunu qeyd edib. “Biz müstəqil ölkəyik və Azərbaycan xalqının taleyi öz əlindədir”, - deyən prezident İlham Əliyev vurğulayıb ki, xalqımız üçün milli mənəvi dəyərlər hər şeydən üstündür. Gənclərimizin bu ruhda tərbiyə olunmasının əhəmiyyətinə toxunan dövlətimizin başçısı gənclərin kənar təsirlərdən qorunmasının vacibliyini diqqətə çatdırıb.
Birinci Avropa Oyunlarının gedişində 20 mindən çox Azərbaycan gəncinin gecə-gündüz könüllü şəkildə işləyərək onlara göstərilən etimadı doğrultduqlarını bildirən prezident İlham Əliyev öz adından və “Bakı-2015” birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın adından artıq onlara təşəkkürnamə verildiyini bildirib.
“Azərbaycanın gələcəyi parlaqdır və bizim uğurlarımıza heç bir qüvvə təsir edə bilməz”, - deyən prezident İlham Əliyev bir daha qarşıdan gələn Ramazan bayramı münasibətilə dünya müsəlmanlarını və xalqımızı təbrik edib.
Sonda şeyxülislam Allahşükür Paşazadə Prezident İlham Əliyevə milli mənəvi dəyərlərə verdiyi yüksək qiymətə görə bir daha minnətdarlıq edib.
Sonra iftar süfrəsi açılıb.

SON XƏBƏRLƏR
Təlimlərin gecə vaxtı döyüş atışlı mərhələsi keçirilib
AzMİU-da beynəlxalq elmi konfrans öz işinə başlayıb
Bulvarda “Himnimizi bir yerdə oxuyaq!” adlı fləşmob keçiriləcək
XV Avropa Gənclər Olimpiya Festivalına həsr olunmuş rəsm müsabiqəsinə start verilib
FHN-in Qarabağ Regional Mərkəzi mülki müdafiə məşqi keçirib
Dövlət Komitəsinin sədri və sədr müavinləri bölgələrdə vətəndaşları qəbul ediblər
Prezident İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə iftar mərasimində iştirak edib
Soydaşımız Ulyanovsk avtomobil zavodunun baş direktoru təyin edilib
Musiqi Mədəniyyəti Muzeyində Soltan Hacıbəyovun anadan olmasının 100 illiyi qeyd olunub
Almaniya Bundestaqının nümayəndələri Qəbələdə məcburi köçkünlərlə görüşüblər
Azərbaycan Ordusuna mənəvi dəstək aksiyası keçiriləcək
Mərkəzi Bank “Mastercard”la əməkdaşlıq edəcək
Bu il ölkəyə 113 min tonadək gübrə idxal olunub
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Kiyevdə beynəlxalq seminarda təmsil olunub
Dünyanın bir sıra aparıcı KİV-ləri UEFA Avropa Liqasının Bakıda keçiriləcək final oyununa dair məqalələr yayıb
Qazaxıstan Prezidenti Azərbaycan Prezidentinə təbrik məktubu ünvanlayıb
Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi Lənkəranda istifadəyə verilib
BMTİP-in Rezident nümayəndəsi Azərbaycanın xarici işlər nazirinə etimadnaməsini təqdim edib
Sabah Bakıda “Caspian Power” İdman Festivalına start veriləcək
UEFA İcraiyyə Komitəsinin gündəliyi açıqlanıb
Ankara və Tehran ikitərəfli münasibətləri müzakirə ediblər
İlham Əliyev Almaniya Bundestaqının nümayəndə heyətini qəbul edib
Güzəştli şərtlərlə pensiya hüququ olanlar üçün yeni, müasir Qəbul Mərkəzi istifadəyə verilib
Avropa Birliyində Avropa Parlamentinə seçkilər başlayır
DOQQUZ AYDA 381 ÇOXMƏRTƏBƏLİ BİNAYA QAZ VERİLİB
SUMQAYIT VƏ GƏNCƏ ŞƏHƏR PROKURORLUQLARININ YENİ İNZİBATİ BİNALARI İSTİFADƏYƏ VERİLİB
Beynəlxalq Böyük Türk Dili Qurultayında azərbaycanlı alimlərin məruzələri dinlənilib
Azərbaycan samboçuları Prezident Kuboku yarışında çıxış edəcəklər
İRAN NEFT HASİLATINI AZALTMAĞI PLANLAŞDIRMIR
SOCAR-IN MARKETİNQ VƏ İQTİSADİ ƏMƏLİYYATLAR İDARƏSİ QEYRİ-NEFT SEKTORU ÜZRƏ İXRACDA DÖVLƏTƏ MƏXSUS QURUMLAR ARASINDA LİDER OLARAQ QALIR