Milli Məclisin payız sessiyasında ilk plenar iclası keçirilir

Tarix:1-10-2018, 13:37 Baxış Sayı:116 Kateqoriya:siyaset

Milli Məclisin payız sessiyasında ilk plenar iclası keçirilir
Oktyabrın 1-də Milli Məclisin 2018-ci ilin payız sessiyasında ilk plenar iclası keçirilir.
haqqinsesi.info AZƏRTAC-a istinadən xəbər verir ki, oktyabrın 1-i və 5-də keçiriləcək iclasların gündəliyinə 62 məsələ daxil edilib.
Əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib.
Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycan Parlamentinin 100 illik yubileyi münasibətilə sentyabrın 21-də keçirilən təntənəli iclası xatırladıb. Bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev təntənəli iclasda iştirak edib və geniş nitq söyləyib. Prezident İlham Əliyev nitqində Azərbaycan dövlətinin və parlamentinin tarixi, ölkəmizin bugünkü inkişafı, dövlətimizin daxili və xarici siyasəti ilə bağlı çox dəyərli təhlilər aparıb. Dövlətimizin başçısı Milli Məclisin fəaliyyətini çox yüksək qiymətləndirib. Prezidentin söylədiyi bu fikir bizim üçün çox əhəmiyyətlidir.
Milli Məclisin sədri qeyd edib ki, bu gün Azərbaycan uğurla inkişaf edir. Bu inkişafda parlamentin xüsusi rolu var. Azərbaycan parlamenti həm ulu öndər Heydər Əliyevin dövründə, həm də bu gün öz fəaliyyəti ilə ölkəmizin müstəqilliyini möhkəmləndirir, inkişafını təmin edir. “Bizim qanunvericilik bazamız ən yüksək meyarlara cavab verir. Biz bir çox beynəlxalq konvensiyalara qoşulmuşuq. Ölkəmizdə demokratik inkişafla bağlı siyasətin aparılmasında Azərbaycan parlamentinin xüsusi rolu var. Parlamentin fəaliyyətinə verdiyi yüksək dəyərə görə mən öz adımdan və sizin adınızdan Prezident İlham Əliyevə təşəkkürümü bildirirəm. Həmişə olduğu kimi bundan sonra da Milli Məclis Azərbaycan Prezidentinin uzaqgörən siyasətini parlament səviyyəsində dəstəkləmək üçün əlindən gələn tədbirləri görəcək”, - deyə Oqtay Əsədov söyləyib.

SON XƏBƏRLƏR
Təlimlərin gecə vaxtı döyüş atışlı mərhələsi keçirilib
AzMİU-da beynəlxalq elmi konfrans öz işinə başlayıb
Bulvarda “Himnimizi bir yerdə oxuyaq!” adlı fləşmob keçiriləcək
XV Avropa Gənclər Olimpiya Festivalına həsr olunmuş rəsm müsabiqəsinə start verilib
FHN-in Qarabağ Regional Mərkəzi mülki müdafiə məşqi keçirib
Dövlət Komitəsinin sədri və sədr müavinləri bölgələrdə vətəndaşları qəbul ediblər
Prezident İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə iftar mərasimində iştirak edib
Soydaşımız Ulyanovsk avtomobil zavodunun baş direktoru təyin edilib
Musiqi Mədəniyyəti Muzeyində Soltan Hacıbəyovun anadan olmasının 100 illiyi qeyd olunub
Almaniya Bundestaqının nümayəndələri Qəbələdə məcburi köçkünlərlə görüşüblər
Azərbaycan Ordusuna mənəvi dəstək aksiyası keçiriləcək
Mərkəzi Bank “Mastercard”la əməkdaşlıq edəcək
Bu il ölkəyə 113 min tonadək gübrə idxal olunub
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Kiyevdə beynəlxalq seminarda təmsil olunub
Dünyanın bir sıra aparıcı KİV-ləri UEFA Avropa Liqasının Bakıda keçiriləcək final oyununa dair məqalələr yayıb
Qazaxıstan Prezidenti Azərbaycan Prezidentinə təbrik məktubu ünvanlayıb
Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi Lənkəranda istifadəyə verilib
BMTİP-in Rezident nümayəndəsi Azərbaycanın xarici işlər nazirinə etimadnaməsini təqdim edib
Sabah Bakıda “Caspian Power” İdman Festivalına start veriləcək
UEFA İcraiyyə Komitəsinin gündəliyi açıqlanıb
Ankara və Tehran ikitərəfli münasibətləri müzakirə ediblər
İlham Əliyev Almaniya Bundestaqının nümayəndə heyətini qəbul edib
Güzəştli şərtlərlə pensiya hüququ olanlar üçün yeni, müasir Qəbul Mərkəzi istifadəyə verilib
Avropa Birliyində Avropa Parlamentinə seçkilər başlayır
DOQQUZ AYDA 381 ÇOXMƏRTƏBƏLİ BİNAYA QAZ VERİLİB
SUMQAYIT VƏ GƏNCƏ ŞƏHƏR PROKURORLUQLARININ YENİ İNZİBATİ BİNALARI İSTİFADƏYƏ VERİLİB
Beynəlxalq Böyük Türk Dili Qurultayında azərbaycanlı alimlərin məruzələri dinlənilib
Azərbaycan samboçuları Prezident Kuboku yarışında çıxış edəcəklər
İRAN NEFT HASİLATINI AZALTMAĞI PLANLAŞDIRMIR
SOCAR-IN MARKETİNQ VƏ İQTİSADİ ƏMƏLİYYATLAR İDARƏSİ QEYRİ-NEFT SEKTORU ÜZRƏ İXRACDA DÖVLƏTƏ MƏXSUS QURUMLAR ARASINDA LİDER OLARAQ QALIR