Azərbaycan Ordusuna mənəvi dəstək aksiyası keçiriləcək

Tarix:23-05-2019, 19:30 Baxış Sayı:21 Kateqoriya:siyaset

Azərbaycan Ordusuna mənəvi dəstək aksiyası keçiriləcək
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) təşəbbüsü ilə 26 iyun - Silahlı Qüvvələr Gününədək davam etdiriləcək “Səninlə fəxr edirik, Azərbaycan əsgəri!” devizi altında Azərbaycan Ordusuna mənəvi dəstək aksiyası keçiriləcək.

haqqinsesi.info xəbər verir ki, aksiya çərçivəsində UNEC-də, eləcə də Müdafiə Nazirliyinin birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində “Heydər Əliyev və Azərbaycan Ordusu”, “Azərbaycanda ordu quruculuğunun İlham Əliyev mərhələsi”, “Azərbaycanda ordu quruculuğunun aktual məsələləri” mövzularında mühazirələr oxunacaq. Həmçinin “Ordumuz qürurumuz, xalqımız dayağımız”, “Hər şey Ordu üçün, hər şey Qələbə üçün!”, “Müsəlləh əsgərəm mən də bu gündən”, “Vətənin polad sipəri - Azərbaycan əsgəri” adlı kütləvi vətənpərvərlik tədbirləri, əsgər, zabit və kursantlarla görüşlər, dəyirmi masalar, filmlərin nümayişi, kitabların müzakirələri təşkil olunacaq. Bununla yanaşı, cəbhəboyu zonalarda, ön xətt bölmələrində universitetin müəllim və tələbələri polad dəbilqə, əsgər libası geyinərək igid Vətən müdafiəçiləri ilə birlikdə rəmzi döyüş növbəsində dayanacaq, şəxsi heyətin mədəni-asudə vaxtının səmərəli təşkilində yardımçı olacaqlar.

Artıq UNEC-in professor-müəllim və tələbə heyətinin Azərbaycan əsgərinə müraciəti qəbul edilərək nəfis kitabça şəklində çap olunub. Hər bir əsgərə paylanacaq bu cib kitabçaları Azərbaycan əsgərinin döyüş ruhunu, vətənpərvərlik hissini daha da yüksəldəcək, işğal altında olan torpaqlarımızın tezliklə azad ediləcəyinə inamını daha da artıracaq, Ali Baş Komandanın əmrlərinə hər an hazır Azərbaycan əsgərinə mənəvi dəstək olacaq.

Döyüşlərdə, təlimlərdə və hərbi xidmətdə fərqlənən hərbi qulluqçular üçün xüsusi sovqatlar, mükafatlar və döş nişanları da hazırlanıb. Hərbi hissə kitabxanalarına kitab dəstləri, zəruri təşviqat vasitələri hədiyyə ediləcək.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən, Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat-taktiki təlimlərinin başa çatdığı gün – mayın 24-də UNEC-in rektoru, iqtisad elmləri doktoru, professor Ədalət Muradovun başçılığı ilə aksiya iştirakçılarının ilk qrupu respublikanın qərb bölgəsinə yola düşəcək. Cəbhəboyu bölgədə xidmət keçən Azərbaycan Ordusunun döyüşçülərini bir-birindən rəngarəng vətənpərvərlik tədbirləri, maraqlı görüşlər gözləyir.

“Səninlə fəxr edirik, Azərbaycan əsgəri!” devizi altında keçirilən Azərbaycan Ordusuna mənəvi dəstək aksiyasının birinci qrupunu Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani müşayiət edəcək.

SON XƏBƏRLƏR
Təlimlərin gecə vaxtı döyüş atışlı mərhələsi keçirilib
AzMİU-da beynəlxalq elmi konfrans öz işinə başlayıb
Bulvarda “Himnimizi bir yerdə oxuyaq!” adlı fləşmob keçiriləcək
XV Avropa Gənclər Olimpiya Festivalına həsr olunmuş rəsm müsabiqəsinə start verilib
FHN-in Qarabağ Regional Mərkəzi mülki müdafiə məşqi keçirib
Dövlət Komitəsinin sədri və sədr müavinləri bölgələrdə vətəndaşları qəbul ediblər
Prezident İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə iftar mərasimində iştirak edib
Soydaşımız Ulyanovsk avtomobil zavodunun baş direktoru təyin edilib
Musiqi Mədəniyyəti Muzeyində Soltan Hacıbəyovun anadan olmasının 100 illiyi qeyd olunub
Almaniya Bundestaqının nümayəndələri Qəbələdə məcburi köçkünlərlə görüşüblər
Azərbaycan Ordusuna mənəvi dəstək aksiyası keçiriləcək
Mərkəzi Bank “Mastercard”la əməkdaşlıq edəcək
Bu il ölkəyə 113 min tonadək gübrə idxal olunub
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Kiyevdə beynəlxalq seminarda təmsil olunub
Dünyanın bir sıra aparıcı KİV-ləri UEFA Avropa Liqasının Bakıda keçiriləcək final oyununa dair məqalələr yayıb
Qazaxıstan Prezidenti Azərbaycan Prezidentinə təbrik məktubu ünvanlayıb
Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi Lənkəranda istifadəyə verilib
BMTİP-in Rezident nümayəndəsi Azərbaycanın xarici işlər nazirinə etimadnaməsini təqdim edib
Sabah Bakıda “Caspian Power” İdman Festivalına start veriləcək
UEFA İcraiyyə Komitəsinin gündəliyi açıqlanıb
Ankara və Tehran ikitərəfli münasibətləri müzakirə ediblər
İlham Əliyev Almaniya Bundestaqının nümayəndə heyətini qəbul edib
Güzəştli şərtlərlə pensiya hüququ olanlar üçün yeni, müasir Qəbul Mərkəzi istifadəyə verilib
Avropa Birliyində Avropa Parlamentinə seçkilər başlayır
DOQQUZ AYDA 381 ÇOXMƏRTƏBƏLİ BİNAYA QAZ VERİLİB
SUMQAYIT VƏ GƏNCƏ ŞƏHƏR PROKURORLUQLARININ YENİ İNZİBATİ BİNALARI İSTİFADƏYƏ VERİLİB
Beynəlxalq Böyük Türk Dili Qurultayında azərbaycanlı alimlərin məruzələri dinlənilib
Azərbaycan samboçuları Prezident Kuboku yarışında çıxış edəcəklər
İRAN NEFT HASİLATINI AZALTMAĞI PLANLAŞDIRMIR
SOCAR-IN MARKETİNQ VƏ İQTİSADİ ƏMƏLİYYATLAR İDARƏSİ QEYRİ-NEFT SEKTORU ÜZRƏ İXRACDA DÖVLƏTƏ MƏXSUS QURUMLAR ARASINDA LİDER OLARAQ QALIR