BMTİP-in Rezident nümayəndəsi Azərbaycanın xarici işlər nazirinə etimadnaməsini təqdim edib

Tarix:23-05-2019, 17:35 Baxış Sayı:28 Kateqoriya:siyaset

BMTİP-in Rezident nümayəndəsi Azərbaycanın xarici işlər nazirinə etimadnaməsini təqdim edib
BMT-nin İnkişaf Proqramının (BMTİP) Rezident Nümayəndəsi vəzifəsinə təyin edilən Alessandro Frakassetti BMTİP-in Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbəri qismində öz etimadnaməsini Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarova təqdim edib.

haqqinsesi.info SalamNews-a istinadən xəbər verir ki, nazir E. Məmmədyarov Frakassettinin BMTİP-in rəhbəri cənab Axim Ştayner tərəfindən 6 may 2019-cu il tarixdə imzalanmış təyinat məktubunu qəbul edib.

BMTİP-in Azərbaycan Ofisinin Rezident Nümayəndəsi vəzifəsində cənab Frakassetti BMTİP-in ölkədə həyata keçirdiyi bütün fəaliyyətlərinə rəhbərlik edir və Dayanıqlı İnkişaf üzrə 2030-cu il Gündəliyinə uyğun olaraq Azərbaycanın milli prioritetlərinə dəstək göstərmək üçün milli səviyyədə maraqlı tərəflərlə və beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıq edir.

Frakassettinin BMTİP-in Rezident Nümayəndəsi vəzifəsinə təyinatı ölkədə Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) dair prioritetlərin milliləşdirilməsi ilə Dayanıqlı İnkişaf üzrə 2030-cu il Gündəliyinə və onu müşayiət edən 17 Dayanıqlı İnkişaf Məqsədə nail olunması işinin əsasının qoyulduğu taleyüklü bir vaxta təsadüf edir.

E.Məmmədyarovla ikitərəfli görüş zamanı cənab Frakassetti vurğulayıb ki, BMTİP, ölkənin məqsədyönlü inkişaf gündəliyinin yerinə yetirilməsində Azərbaycan Hökumətinə tam dəstəyini davam etdirəcək və inklüziv məşğulluq və sahibkarlıq, gənclər və qadınların səlahiyyətlərinin artırılması, iqtisadiyyatın şaxələndirilməsi, rəqəmsal texnologiyalardan istifadə və Azərbaycanda ətraf-mühitin mühafizəsi işinin və enerjidən səmərəli istifadə potensialının gücləndirilməsi kimi əsas prioritet sahələrdə təcrübə və innovativ həll yollarını təklif edəcəkdir.

Hökumətin müəyyən etdiyi prioritetlərə uyğun olaraq və “Heç kim kənarda qalmasın” prinsipinə riayət edərək, BMTİP-in proqram fəaliyyətləri kənd icmaları, qadınlar və gənclər, işsizlikdən əziyyət çəkən şəxslər, əlilliyi olan insanlar, müharibə veteranları və məcburi köçkünlər daxil olmaqla həssas əhali qruplarının firavan yaşamaqları üçün bərabər imkanları təşviq edir.

F.Alessandro Fracassetti 2018-ci ilin dekabr ayından bəri BMTİP-in Azərbaycan Ofisinin rəhbərinin səlahiyyətlərini müvəqqəti icra edirdi.

A. Frakassetti beynəlxalq inkişaf sahəsində yüksək səviyyəli rəhbər vəzifələrdə işləyib və bu sahədə 22 ildən artıq iş təcrübəsinə malikdir. BMTİP-in Rezident Nümayəndəsi vəzifəsinə təyinatından öncə, o, 2016-cı ildən bəri BMTİP-in Azərbaycandakı Rezident Nümayəndəsinin müavini vəzifəsində çalışıb.

Daha əvvəl, Alessandro Frakassetti 2011-2016-cı illərdə BMTİP-in Şimali Makedoniya Ofisi, ondan öncə isə 2006-2011-ci illər ərzində BMTİP-in Xorvatiya Ofisi və 2004-2006-cı illərdə BMTİP-in Belarus Respublikasında fəaliyyət göstərən ofisinin Rezident Nümayəndəsinin müavini vəzifəsində çalışıb. 1996-cı ildən etibarən, Frakassetti Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Bosniya və Herseqovina, eləcə də Xorvatiya ofislərində müxtəlif rəhbər vəzifələrdə, o cümlədən siyasi məsələlər üzrə baş müşavir və seçki məsələləri üzrə baş müşavir vəzifələrində çalışıb.

BMT-nin İnkişaf Proqramı böhrana müqavimətli dövlətlərin və cəmiyyətlərin qurulması sahəsində yerli icmalar və müxtəlif sosial təbəqədən olan insanlarla birgə çalışan təşkilatdır. BMT-nin inkişaf sahəsində çalışan ən böyük agentliyi olan BMTİP hər kəsin həyat keyfiyyətini yaxşılaşdıran artımı təşviq edir. Təxminən 170 ölkə və ərazidə fəaliyyət göstərərək, BMTİP insanların həyat və rifahlarını yaxşılaşdırmaq və dünya miqyasında güclü dövlət modeli qurmaq məqsədi ilə qlobal perspektivli və yerli miqyaslı təhlillər irəli sürür.

1992-ci ildən Azərbaycanda ilk fəaliyyətə başlayan BMTİP 30 ildən artıq zamandır ki, ölkədə inkişaf sahəsində mühüm fəaliyyətlər həyata keçirir.

BMTİP-in Azərbaycanda fəaliyyəti "2016-2020-ci illər üzrə Ölkə Proqramı Sənədi" ilə təsvir olunub və hökumətlə sıx məsləhətləşmənin nəticəsidir. Ümumilikdə, BMT-nin Azərbaycan üçün nəzərdə tutulmuş yardımının milli inkişaf gündəliyinə uyğunluğunu təmin etmək üçün BMT İdarə Heyəti hər beş ildən bir Birləşmiş Millətlər Təşkilatının BMT‐nin İnkişafa Yardım üzrə Çərçivə sənədi (UNDAF) adlı birgə yardım strategiyasını formalaşdırırlar. BMT-nin İnkişaf Proqramının “Ölkə Proqramı Sənədi” UNDAF ilə təsdiq edilmiş beş əsas istiqamətin üçünü prioritet götürür. BMTİP-in Azərbaycanda fəaliyyəti bu üç istiqamət üzrə təşkil edilir və həmçinin “Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyası və Dayanıqlı İnkişaf Məqsədləri ilə uyğunlaşdırılır. Bunlara (i) dayanıqlı və inkluziv inkişaf və ləyaqətli iş, (ii) yaxşı idarəçilik naminə institusional bacarıqların artırılması və (iii) enerji səmərəliyi, ətraf mühit, iqlim dəyişikliyi və fəlakətlərə qarşı müqavimətin artırılması aiddir.

SON XƏBƏRLƏR
Təlimlərin gecə vaxtı döyüş atışlı mərhələsi keçirilib
AzMİU-da beynəlxalq elmi konfrans öz işinə başlayıb
Bulvarda “Himnimizi bir yerdə oxuyaq!” adlı fləşmob keçiriləcək
XV Avropa Gənclər Olimpiya Festivalına həsr olunmuş rəsm müsabiqəsinə start verilib
FHN-in Qarabağ Regional Mərkəzi mülki müdafiə məşqi keçirib
Dövlət Komitəsinin sədri və sədr müavinləri bölgələrdə vətəndaşları qəbul ediblər
Prezident İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə iftar mərasimində iştirak edib
Soydaşımız Ulyanovsk avtomobil zavodunun baş direktoru təyin edilib
Musiqi Mədəniyyəti Muzeyində Soltan Hacıbəyovun anadan olmasının 100 illiyi qeyd olunub
Almaniya Bundestaqının nümayəndələri Qəbələdə məcburi köçkünlərlə görüşüblər
Azərbaycan Ordusuna mənəvi dəstək aksiyası keçiriləcək
Mərkəzi Bank “Mastercard”la əməkdaşlıq edəcək
Bu il ölkəyə 113 min tonadək gübrə idxal olunub
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Kiyevdə beynəlxalq seminarda təmsil olunub
Dünyanın bir sıra aparıcı KİV-ləri UEFA Avropa Liqasının Bakıda keçiriləcək final oyununa dair məqalələr yayıb
Qazaxıstan Prezidenti Azərbaycan Prezidentinə təbrik məktubu ünvanlayıb
Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi Lənkəranda istifadəyə verilib
BMTİP-in Rezident nümayəndəsi Azərbaycanın xarici işlər nazirinə etimadnaməsini təqdim edib
Sabah Bakıda “Caspian Power” İdman Festivalına start veriləcək
UEFA İcraiyyə Komitəsinin gündəliyi açıqlanıb
Ankara və Tehran ikitərəfli münasibətləri müzakirə ediblər
İlham Əliyev Almaniya Bundestaqının nümayəndə heyətini qəbul edib
Güzəştli şərtlərlə pensiya hüququ olanlar üçün yeni, müasir Qəbul Mərkəzi istifadəyə verilib
Avropa Birliyində Avropa Parlamentinə seçkilər başlayır
DOQQUZ AYDA 381 ÇOXMƏRTƏBƏLİ BİNAYA QAZ VERİLİB
SUMQAYIT VƏ GƏNCƏ ŞƏHƏR PROKURORLUQLARININ YENİ İNZİBATİ BİNALARI İSTİFADƏYƏ VERİLİB
Beynəlxalq Böyük Türk Dili Qurultayında azərbaycanlı alimlərin məruzələri dinlənilib
Azərbaycan samboçuları Prezident Kuboku yarışında çıxış edəcəklər
İRAN NEFT HASİLATINI AZALTMAĞI PLANLAŞDIRMIR
SOCAR-IN MARKETİNQ VƏ İQTİSADİ ƏMƏLİYYATLAR İDARƏSİ QEYRİ-NEFT SEKTORU ÜZRƏ İXRACDA DÖVLƏTƏ MƏXSUS QURUMLAR ARASINDA LİDER OLARAQ QALIR