Güzəştli şərtlərlə pensiya hüququ olanlar üçün yeni, müasir Qəbul Mərkəzi istifadəyə verilib

Tarix:23-05-2019, 12:05 Baxış Sayı:28 Kateqoriya:sosial

Güzəştli şərtlərlə pensiya hüququ olanlar üçün yeni, müasir Qəbul Mərkəzi istifadəyə verilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlətlə Təyinat İdarəsində yeni, müasir Qəbul Mərkəzi istifadəyə verilib.

haqqinsesi.info xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən SalamNews-a verilən məlumata görə, mərkəz “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsi üzrə pensiya hüququ yaranan şəxslərə xidmət göstərir. Onların sırasına hərbi və xüsusi rütbəli şəxslərlə yanaşı, dövlət qulluqçuları, həmçinin yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində çalışmış şəxslər daxildir.

Qəbul Mərkəzində güzəştli şərtlərlə pensiya hüququ olanların müraciətlərinə baxılması, suallarının cavablandırılması, vətəndaş məmnunluğunun təmin edilməsi prinsipi üzrə onlara operativ və şəffaf xidmətlərin göstərilməsi üçün zəruri şərait yaradılıb. Mərkəzdə səmərəliliyin təmin eidlməsi məqsədilə müxtəlif kateqoriyadan olan və güzəştli təminat verilən şəxslərin qəbulu növbəlilik əsasında təşkil olunub. Belə ki, həftənin I, III və V günlərində hərbi və xüsusi rütbəli şəxslərin, II və IV günlərində isə dövlət qulluqçularının və güzəştli təminat verilən digər şəxslərin müraciətlərinə baxılır.

Mərkəzə gün ərzində 200-dək müraciət daxil olur. Müraciətlər əsasən xüsusi şərtlərlə pensiya təyin edilməsi, belə pensiyaların yenidən hesablanması, müvafiq arayışların alınması və s. bu kimi halları əhatə edir. Hərbi və xüsusi rütbəli şəxslərə münasibətdə bir sıra müavinətlərin verilməsi ilə bağlı müraciətlərə də İdarənin Qəbul Mərkəzində baxılır.

SON XƏBƏRLƏR
Təlimlərin gecə vaxtı döyüş atışlı mərhələsi keçirilib
AzMİU-da beynəlxalq elmi konfrans öz işinə başlayıb
Bulvarda “Himnimizi bir yerdə oxuyaq!” adlı fləşmob keçiriləcək
XV Avropa Gənclər Olimpiya Festivalına həsr olunmuş rəsm müsabiqəsinə start verilib
FHN-in Qarabağ Regional Mərkəzi mülki müdafiə məşqi keçirib
Dövlət Komitəsinin sədri və sədr müavinləri bölgələrdə vətəndaşları qəbul ediblər
Prezident İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə iftar mərasimində iştirak edib
Soydaşımız Ulyanovsk avtomobil zavodunun baş direktoru təyin edilib
Musiqi Mədəniyyəti Muzeyində Soltan Hacıbəyovun anadan olmasının 100 illiyi qeyd olunub
Almaniya Bundestaqının nümayəndələri Qəbələdə məcburi köçkünlərlə görüşüblər
Azərbaycan Ordusuna mənəvi dəstək aksiyası keçiriləcək
Mərkəzi Bank “Mastercard”la əməkdaşlıq edəcək
Bu il ölkəyə 113 min tonadək gübrə idxal olunub
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Kiyevdə beynəlxalq seminarda təmsil olunub
Dünyanın bir sıra aparıcı KİV-ləri UEFA Avropa Liqasının Bakıda keçiriləcək final oyununa dair məqalələr yayıb
Qazaxıstan Prezidenti Azərbaycan Prezidentinə təbrik məktubu ünvanlayıb
Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi Lənkəranda istifadəyə verilib
BMTİP-in Rezident nümayəndəsi Azərbaycanın xarici işlər nazirinə etimadnaməsini təqdim edib
Sabah Bakıda “Caspian Power” İdman Festivalına start veriləcək
UEFA İcraiyyə Komitəsinin gündəliyi açıqlanıb
Ankara və Tehran ikitərəfli münasibətləri müzakirə ediblər
İlham Əliyev Almaniya Bundestaqının nümayəndə heyətini qəbul edib
Güzəştli şərtlərlə pensiya hüququ olanlar üçün yeni, müasir Qəbul Mərkəzi istifadəyə verilib
Avropa Birliyində Avropa Parlamentinə seçkilər başlayır
DOQQUZ AYDA 381 ÇOXMƏRTƏBƏLİ BİNAYA QAZ VERİLİB
SUMQAYIT VƏ GƏNCƏ ŞƏHƏR PROKURORLUQLARININ YENİ İNZİBATİ BİNALARI İSTİFADƏYƏ VERİLİB
Beynəlxalq Böyük Türk Dili Qurultayında azərbaycanlı alimlərin məruzələri dinlənilib
Azərbaycan samboçuları Prezident Kuboku yarışında çıxış edəcəklər
İRAN NEFT HASİLATINI AZALTMAĞI PLANLAŞDIRMIR
SOCAR-IN MARKETİNQ VƏ İQTİSADİ ƏMƏLİYYATLAR İDARƏSİ QEYRİ-NEFT SEKTORU ÜZRƏ İXRACDA DÖVLƏTƏ MƏXSUS QURUMLAR ARASINDA LİDER OLARAQ QALIR