Novruzda ən çox turist hansı ölkədən gələcək?

Tarix:3-03-2017, 23:49 Baxış Sayı:3357 Kateqoriya:sou

Novruzda ən çox turist hansı ölkədən gələcək?

Novruz bayramı günlərində Azərbaycana daha çox turistin İrandan gələcəyi gözlənilir.

Bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov deyib.

Onun sözlərinə görə, hotellərdəki yerlərin çoxu İran turistləri tərəfindən bronlaşdırılıb.

M.Ağakərimov qeyd edib ki, Novruz bayramı günlərində Azərbaycana ərəb ölkələrindən, Rusiyadan da turistlərin gələcəyi gözlənilir:

"Bakıdakı hotellərdə demək olar ki, yerlər qalmayıb. Lakin İrandan ölkəmizə gələn turistlər yalnız hotellərdə qalmırlar. Onlar Azərbaycana gəldikləri zaman ayrı-ayrı evlərdə də yerləşirlər".

AzTA rəsmisi qeyd edib ki, Novruz bayramı günlərində ölkəmizə gələcək turistlər üçün müxtəlif dillərdə ekskursiyaların təşkil edilməsi imkanları da var.

M.Ağakərimovun sözlərinə görə, Azərbaycana gələn turistlərin sayı martda artacaq. Lakin turistlərin sayının artması sonrakı aylarda da davam edəcək:

"Qarşıdan 4-cü İslam Həmrəliyi Oyunları və Formula - 1 Azərbaycan Qran Prisi də gəlir. Proqnozlarımıza görə, beynəlxalq konfransların, konqreslərin, simpoziumların keçirilməsi ilə əlaqədar payız aylarında da turistlərin sayı artacaq".

Qeyd edək ki, Azərbaycanda Novruz bayramı martın 20-21-də qeyd edilir. Novruz bayramı ilə əlaqədar 20-24 mart tarixləri, yəni 5 gün qeyri-iş günü hesab ediləcək.

SON XƏBƏRLƏR
Təlimlərin gecə vaxtı döyüş atışlı mərhələsi keçirilib
AzMİU-da beynəlxalq elmi konfrans öz işinə başlayıb
Bulvarda “Himnimizi bir yerdə oxuyaq!” adlı fləşmob keçiriləcək
XV Avropa Gənclər Olimpiya Festivalına həsr olunmuş rəsm müsabiqəsinə start verilib
FHN-in Qarabağ Regional Mərkəzi mülki müdafiə məşqi keçirib
Dövlət Komitəsinin sədri və sədr müavinləri bölgələrdə vətəndaşları qəbul ediblər
Prezident İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə iftar mərasimində iştirak edib
Soydaşımız Ulyanovsk avtomobil zavodunun baş direktoru təyin edilib
Musiqi Mədəniyyəti Muzeyində Soltan Hacıbəyovun anadan olmasının 100 illiyi qeyd olunub
Almaniya Bundestaqının nümayəndələri Qəbələdə məcburi köçkünlərlə görüşüblər
Azərbaycan Ordusuna mənəvi dəstək aksiyası keçiriləcək
Mərkəzi Bank “Mastercard”la əməkdaşlıq edəcək
Bu il ölkəyə 113 min tonadək gübrə idxal olunub
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Kiyevdə beynəlxalq seminarda təmsil olunub
Dünyanın bir sıra aparıcı KİV-ləri UEFA Avropa Liqasının Bakıda keçiriləcək final oyununa dair məqalələr yayıb
Qazaxıstan Prezidenti Azərbaycan Prezidentinə təbrik məktubu ünvanlayıb
Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi Lənkəranda istifadəyə verilib
BMTİP-in Rezident nümayəndəsi Azərbaycanın xarici işlər nazirinə etimadnaməsini təqdim edib
Sabah Bakıda “Caspian Power” İdman Festivalına start veriləcək
UEFA İcraiyyə Komitəsinin gündəliyi açıqlanıb
Ankara və Tehran ikitərəfli münasibətləri müzakirə ediblər
İlham Əliyev Almaniya Bundestaqının nümayəndə heyətini qəbul edib
Güzəştli şərtlərlə pensiya hüququ olanlar üçün yeni, müasir Qəbul Mərkəzi istifadəyə verilib
Avropa Birliyində Avropa Parlamentinə seçkilər başlayır
DOQQUZ AYDA 381 ÇOXMƏRTƏBƏLİ BİNAYA QAZ VERİLİB
SUMQAYIT VƏ GƏNCƏ ŞƏHƏR PROKURORLUQLARININ YENİ İNZİBATİ BİNALARI İSTİFADƏYƏ VERİLİB
Beynəlxalq Böyük Türk Dili Qurultayında azərbaycanlı alimlərin məruzələri dinlənilib
Azərbaycan samboçuları Prezident Kuboku yarışında çıxış edəcəklər
İRAN NEFT HASİLATINI AZALTMAĞI PLANLAŞDIRMIR
SOCAR-IN MARKETİNQ VƏ İQTİSADİ ƏMƏLİYYATLAR İDARƏSİ QEYRİ-NEFT SEKTORU ÜZRƏ İXRACDA DÖVLƏTƏ MƏXSUS QURUMLAR ARASINDA LİDER OLARAQ QALIR