AzMİU-da beynəlxalq elmi konfrans öz işinə başlayıb

Tarix:23-05-2019, 22:30 Baxış Sayı:23 Kateqoriya:tehsil

AzMİU-da beynəlxalq elmi konfrans öz işinə başlayıb
Mayın 23-də Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Xidmət sahələrinin iqtisadiyyatı və menecment kafedrasının təşkilatçılığı ilə “Şaxələndirilmiş iqtisadiyyatın infrastruktur təminatı: əsas meyllər və inkişaf istiqamətləri” mövzusunda beynəlxalq elmi konfrans öz işinə başlayıb.

haqqinsesi.info-nun məlumatına görə konfransda beynəlxalq qurumların ölkəmizdə fəaliyyət göstərən nümayəndəliklərindən, dünyanın müxtəlif ölkələrinin universitetlərindən (Türkiyə, Rusiya, İran, Qazaxıstan, Özbəkistan), o cümlədən, ölkəmizdə fəaliyyət göstərən aparıcı ali təhsil müəssisələrindən, elmi-tədqiqat institutlarından, elmi mərkəzlərdən, müxtəlif təşkilatlardan nümayəndələr, görkəmli alimlər iştirak ediblər.

Universitetin rektoru, professor Gülçöhrə Məmmədova konfransı açıq elan edərək konfrans iştirakçılarını salamlayıb, konfransın işinə uğurlar arzulayıb. Mövzunun aktuallığına diqqət çəkən rektor ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş və Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən sürətli inkişaf strategiyasından danışıb. Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində iqtisadiyyatmızın şaxləndirilməsi ilə bağlı müəyyən olunmuş vəzifələrin uğurla yerinə yetirilməsi müvafiq yönümlərdə infrastruktur təminatının keyfiyyətcə yeni səviyyəyə yüksəldilməsinin nəzərdə tutulduğunu bildirib.

Konfrans plenar iclasda öz işini davam etdirib. Plenar iclasda Milli Məclisin iqtisadi siyasət, sahibkarlıq və sənaye komitəsinin sədri Ziyad Səmədzadə, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, Rusiya Federasiyası İdarəeetmə, Biznes və Hüquq Universitetinin (Cənub Universitetinin) rektoru, professor İmran Ələkbərov geniş məruzələrlə çıxış ediblər.

Qeyd edək ki, beynəlxalq elmi konfransda 6 bölmədə 140-dan çox məruzə dinləniləcək və konfrans mayın 24-də başa çatacaq.

SON XƏBƏRLƏR
Təlimlərin gecə vaxtı döyüş atışlı mərhələsi keçirilib
AzMİU-da beynəlxalq elmi konfrans öz işinə başlayıb
Bulvarda “Himnimizi bir yerdə oxuyaq!” adlı fləşmob keçiriləcək
XV Avropa Gənclər Olimpiya Festivalına həsr olunmuş rəsm müsabiqəsinə start verilib
FHN-in Qarabağ Regional Mərkəzi mülki müdafiə məşqi keçirib
Dövlət Komitəsinin sədri və sədr müavinləri bölgələrdə vətəndaşları qəbul ediblər
Prezident İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə iftar mərasimində iştirak edib
Soydaşımız Ulyanovsk avtomobil zavodunun baş direktoru təyin edilib
Musiqi Mədəniyyəti Muzeyində Soltan Hacıbəyovun anadan olmasının 100 illiyi qeyd olunub
Almaniya Bundestaqının nümayəndələri Qəbələdə məcburi köçkünlərlə görüşüblər
Azərbaycan Ordusuna mənəvi dəstək aksiyası keçiriləcək
Mərkəzi Bank “Mastercard”la əməkdaşlıq edəcək
Bu il ölkəyə 113 min tonadək gübrə idxal olunub
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Kiyevdə beynəlxalq seminarda təmsil olunub
Dünyanın bir sıra aparıcı KİV-ləri UEFA Avropa Liqasının Bakıda keçiriləcək final oyununa dair məqalələr yayıb
Qazaxıstan Prezidenti Azərbaycan Prezidentinə təbrik məktubu ünvanlayıb
Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi Lənkəranda istifadəyə verilib
BMTİP-in Rezident nümayəndəsi Azərbaycanın xarici işlər nazirinə etimadnaməsini təqdim edib
Sabah Bakıda “Caspian Power” İdman Festivalına start veriləcək
UEFA İcraiyyə Komitəsinin gündəliyi açıqlanıb
Ankara və Tehran ikitərəfli münasibətləri müzakirə ediblər
İlham Əliyev Almaniya Bundestaqının nümayəndə heyətini qəbul edib
Güzəştli şərtlərlə pensiya hüququ olanlar üçün yeni, müasir Qəbul Mərkəzi istifadəyə verilib
Avropa Birliyində Avropa Parlamentinə seçkilər başlayır
DOQQUZ AYDA 381 ÇOXMƏRTƏBƏLİ BİNAYA QAZ VERİLİB
SUMQAYIT VƏ GƏNCƏ ŞƏHƏR PROKURORLUQLARININ YENİ İNZİBATİ BİNALARI İSTİFADƏYƏ VERİLİB
Beynəlxalq Böyük Türk Dili Qurultayında azərbaycanlı alimlərin məruzələri dinlənilib
Azərbaycan samboçuları Prezident Kuboku yarışında çıxış edəcəklər
İRAN NEFT HASİLATINI AZALTMAĞI PLANLAŞDIRMIR
SOCAR-IN MARKETİNQ VƏ İQTİSADİ ƏMƏLİYYATLAR İDARƏSİ QEYRİ-NEFT SEKTORU ÜZRƏ İXRACDA DÖVLƏTƏ MƏXSUS QURUMLAR ARASINDA LİDER OLARAQ QALIR