"Nə hərləyir" söhbəti ədəbiyyatçi ilə şairi üz-üzə qoydu - QALMAQAL

Tarix:18-01-2017, 01:26 Baxış Sayı:3200 Kateqoriya:yazarlar

"Nə hərləyir" söhbəti ədəbiyyatçi ilə şairi üz-üzə qoydu - QALMAQAL


Xalq şairi Fikrət Qocanın bu günlərdə "Ədəbiyyat” qəzetində yeni şeirləri dərc edilib. Şairin şeirləri sırasında yer alan "Bahar gəlir" şeirindəki bir beytlə bağlı sosial mediada müəyyən iradlar, ironik yanaşmalar sərgilənib.
Filologiya elmləri namizədi Yadigar Cəfərli həmin şeirlərə diqqətə çəkərək qeyd edib ki, Fikrət Qoca dəyərli şairdir, hər şey bir kənara, elə "Gəl ey səhər" və "Payız gəldi" mahnılarının sözləri onun mədəniyyət tariximizdə əbədi qalmasına bəs edər. Amma şairin "Bahar gəlir" şeirlərindəki bu beytini anlaya bilmədim ki, ciddi şeirdə belə bir mübahisəli ifadə işlətmək olarmı:
Bir yaşıl ot cücəribdi
Qışı-qarı nə hərləyir
Bundan başqa dilçi qeyd edib ki, "Hərləmək" ifadəsi bəzi bölgələrimizdə normal sözdür, yəni təxminən "nə vecimə” anlamı daşıyır. Amma müəyyən bölgələrimizdə də vulqar mənası var.
Qeyd edək ki, Y. Cəfərlinin bu statusuna şəbəkə istifadəçiləri çoxsaylı şərhlər yazıb və həmin şərhlərin ən maraqlı olanlarını oxuculara təqdim edirik: "
Fərqanə Allahverdiqızı: Fikrət Qoca da müasirləşib.
Ramin Qasimov: Şair əslən Ağdaş rayonundandır. O tərəflərdə isə bu ümumişlək sözdür. Göyçay, Ucar, Ağdaşda bu söz çox işlənir və neqativ yükü çox deyil.
Ruslan Xəlil: Yaxşı ki, o sözün tam vulqar formasını yazmayıb.
Zöhrə Quliyeva: Yenə də böyük şairdir. Şairlərin də bəzi misralarında yerli dialektik sözlərə rast gəlmək olur. Onun da öz duzu, dadı var. "Gəl ey səhər"in özü şedevrdi. Musiqisi da Polad Bülbülogluna aiddir. Mancə bu şeir yetərlidir.
Hafiz Babalı: "Hərləməyi" qoyaq kənara, şairə məsləhət vermək kimi çıxmasın, "Bir yaşıl ot cücəribdi" əvəzinə, "Bir topa ot cücəribdi" daha məntiqli olmazdımı?
Samira Burceliqizi: Məncə, heç bir səhv getməyib. Şair bilə- bilə belə yazıb. Bu bənddə açıq aşkar aqressiya var. Günümüzün reallığını əks etdirib. Hərə bir cür başa düşə bilər. Amma burda vulqar sözdən çox vulqarlığa söz deyilib
Bütün irad və ittihamlara cavab verən xalq şairi açıqlamasında bunları deyib:
"Şeirdə əsas məsələ odur ki, nə olur-olsun, dirçəlmə gəlir, həyat fonunu, əngini dəyişir. Təbiət yeniləşir. Bahar gəlir, yəni həyat gəlir, yaşamaq gəlir. Mən şeirdə bu sevinci bölüşmüşəm. Bəlkə onun kefi istəyən kimi alınmayıb. Bəlkə o daha yaxşı bir şeylər edə bilərmiş. Mən bu qədərini hiss eləmişəm. Burada böyük müəmma yoxdur. Bu, böyük insan sevincidir. Bulaq kimi, su kimi axmaqdır. Ot cücərib, yəni o artıq yaşayır. Onun üçün bu bayramdı, həyatdı. "Nə hərləyir" ifadəsi Şirvan zonasında pis mənada işlənmir. Şeirdə də pis mənda işlənməyib. Kimin nə fikirləşdiyini bimirəm. Mən baharın gəlişini göstərmişəm, vəssalam! Şeirimi oxuduğuna görə, ona təşəkkür edirəm". (sherg.az)

SON XƏBƏRLƏR
Təlimlərin gecə vaxtı döyüş atışlı mərhələsi keçirilib
AzMİU-da beynəlxalq elmi konfrans öz işinə başlayıb
Bulvarda “Himnimizi bir yerdə oxuyaq!” adlı fləşmob keçiriləcək
XV Avropa Gənclər Olimpiya Festivalına həsr olunmuş rəsm müsabiqəsinə start verilib
FHN-in Qarabağ Regional Mərkəzi mülki müdafiə məşqi keçirib
Dövlət Komitəsinin sədri və sədr müavinləri bölgələrdə vətəndaşları qəbul ediblər
Prezident İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə iftar mərasimində iştirak edib
Soydaşımız Ulyanovsk avtomobil zavodunun baş direktoru təyin edilib
Musiqi Mədəniyyəti Muzeyində Soltan Hacıbəyovun anadan olmasının 100 illiyi qeyd olunub
Almaniya Bundestaqının nümayəndələri Qəbələdə məcburi köçkünlərlə görüşüblər
Azərbaycan Ordusuna mənəvi dəstək aksiyası keçiriləcək
Mərkəzi Bank “Mastercard”la əməkdaşlıq edəcək
Bu il ölkəyə 113 min tonadək gübrə idxal olunub
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Kiyevdə beynəlxalq seminarda təmsil olunub
Dünyanın bir sıra aparıcı KİV-ləri UEFA Avropa Liqasının Bakıda keçiriləcək final oyununa dair məqalələr yayıb
Qazaxıstan Prezidenti Azərbaycan Prezidentinə təbrik məktubu ünvanlayıb
Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi Lənkəranda istifadəyə verilib
BMTİP-in Rezident nümayəndəsi Azərbaycanın xarici işlər nazirinə etimadnaməsini təqdim edib
Sabah Bakıda “Caspian Power” İdman Festivalına start veriləcək
UEFA İcraiyyə Komitəsinin gündəliyi açıqlanıb
Ankara və Tehran ikitərəfli münasibətləri müzakirə ediblər
İlham Əliyev Almaniya Bundestaqının nümayəndə heyətini qəbul edib
Güzəştli şərtlərlə pensiya hüququ olanlar üçün yeni, müasir Qəbul Mərkəzi istifadəyə verilib
Avropa Birliyində Avropa Parlamentinə seçkilər başlayır
DOQQUZ AYDA 381 ÇOXMƏRTƏBƏLİ BİNAYA QAZ VERİLİB
SUMQAYIT VƏ GƏNCƏ ŞƏHƏR PROKURORLUQLARININ YENİ İNZİBATİ BİNALARI İSTİFADƏYƏ VERİLİB
Beynəlxalq Böyük Türk Dili Qurultayında azərbaycanlı alimlərin məruzələri dinlənilib
Azərbaycan samboçuları Prezident Kuboku yarışında çıxış edəcəklər
İRAN NEFT HASİLATINI AZALTMAĞI PLANLAŞDIRMIR
SOCAR-IN MARKETİNQ VƏ İQTİSADİ ƏMƏLİYYATLAR İDARƏSİ QEYRİ-NEFT SEKTORU ÜZRƏ İXRACDA DÖVLƏTƏ MƏXSUS QURUMLAR ARASINDA LİDER OLARAQ QALIR