Xalq yazıçısı Elçinin “Baş” romanı Türkiyədə nəşr edilib

Tarix:29-08-2018, 13:31 Baxış Sayı:110 Kateqoriya:yazarlar

Xalq yazıçısı Elçinin “Baş” romanı Türkiyədə nəşr edilib

Xalq yazıçısı Elçinin “Baş” romanı Türkiyənin “İş Bankası Kültür Yayınları” nəşriyyatında nəfis tərtibatda çap edilib.

haqqinsesi.info xəbər verir ki, nəşriyyat əsərlə bağlı geniş şərhlər verməklə, müəllifi oxuculara “Modern ədəbiyyatın ən önəmli təmsilçilərindən” biri kimi təqdim edib. Türk dilinə Azad Ağaoğlu tərəfindən çevrilən roman Elçinin qardaş ölkədə nəşr edilmiş 26-cı kitabıdır.

“Baş” romanı xarici ölkələrdə böyük maraqla qarşılanmaqdadır. Belə ki, əsər rus dilində Moskvada “Xudojestvennaya literatura” nəşriyyatında çap olunub, “Yunost” jurnalında və məşhur “Roman-qazeta”da təkrar dərc edilib. Əsər Qahirədə ərəb dilində, Berlində alman dilində, Kişinueda moldav dilində yerli oxuculara təqdim olunub, London və Romada isə ingilis və italyan dillərində nəşrə hazırlanır.

İki il öncə roman çapdan çıxarkən mövzusu, orijinallığı və yüksək bədii xüsusiyyətlərinə görə oxucuların dərin marağına səbəb olmuşdu. Ədəbi ictimaiyyət əsəri ədəbiyyatımızın yeni uğuru kimi qiymətləndirmişdi.

Qeyd edək ki, “Baş” romanında Azərbaycan xanlıqlarının idarə olunması, əhalinin yaşayışı və üzləşdiyi çətinliklər, eləcə də həmin dövrdə xalqımızın mədəni-məişət həyatı zəngin bədii koloritlə, obrazların dili ilə oxucuya çatdırılır. Əsər oxucunu XIX əsrin əvvəllərinə aparır. Bakıda və Qarabağda cərəyan edən, Sankt-Peterburqda, İranda baş vermiş hadisələr romanda bəhs olunan dövrün sosial-siyasi mənzərəsini yaradır.

SON XƏBƏRLƏR
Təlimlərin gecə vaxtı döyüş atışlı mərhələsi keçirilib
AzMİU-da beynəlxalq elmi konfrans öz işinə başlayıb
Bulvarda “Himnimizi bir yerdə oxuyaq!” adlı fləşmob keçiriləcək
XV Avropa Gənclər Olimpiya Festivalına həsr olunmuş rəsm müsabiqəsinə start verilib
FHN-in Qarabağ Regional Mərkəzi mülki müdafiə məşqi keçirib
Dövlət Komitəsinin sədri və sədr müavinləri bölgələrdə vətəndaşları qəbul ediblər
Prezident İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə iftar mərasimində iştirak edib
Soydaşımız Ulyanovsk avtomobil zavodunun baş direktoru təyin edilib
Musiqi Mədəniyyəti Muzeyində Soltan Hacıbəyovun anadan olmasının 100 illiyi qeyd olunub
Almaniya Bundestaqının nümayəndələri Qəbələdə məcburi köçkünlərlə görüşüblər
Azərbaycan Ordusuna mənəvi dəstək aksiyası keçiriləcək
Mərkəzi Bank “Mastercard”la əməkdaşlıq edəcək
Bu il ölkəyə 113 min tonadək gübrə idxal olunub
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Kiyevdə beynəlxalq seminarda təmsil olunub
Dünyanın bir sıra aparıcı KİV-ləri UEFA Avropa Liqasının Bakıda keçiriləcək final oyununa dair məqalələr yayıb
Qazaxıstan Prezidenti Azərbaycan Prezidentinə təbrik məktubu ünvanlayıb
Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi Lənkəranda istifadəyə verilib
BMTİP-in Rezident nümayəndəsi Azərbaycanın xarici işlər nazirinə etimadnaməsini təqdim edib
Sabah Bakıda “Caspian Power” İdman Festivalına start veriləcək
UEFA İcraiyyə Komitəsinin gündəliyi açıqlanıb
Ankara və Tehran ikitərəfli münasibətləri müzakirə ediblər
İlham Əliyev Almaniya Bundestaqının nümayəndə heyətini qəbul edib
Güzəştli şərtlərlə pensiya hüququ olanlar üçün yeni, müasir Qəbul Mərkəzi istifadəyə verilib
Avropa Birliyində Avropa Parlamentinə seçkilər başlayır
DOQQUZ AYDA 381 ÇOXMƏRTƏBƏLİ BİNAYA QAZ VERİLİB
SUMQAYIT VƏ GƏNCƏ ŞƏHƏR PROKURORLUQLARININ YENİ İNZİBATİ BİNALARI İSTİFADƏYƏ VERİLİB
Beynəlxalq Böyük Türk Dili Qurultayında azərbaycanlı alimlərin məruzələri dinlənilib
Azərbaycan samboçuları Prezident Kuboku yarışında çıxış edəcəklər
İRAN NEFT HASİLATINI AZALTMAĞI PLANLAŞDIRMIR
SOCAR-IN MARKETİNQ VƏ İQTİSADİ ƏMƏLİYYATLAR İDARƏSİ QEYRİ-NEFT SEKTORU ÜZRƏ İXRACDA DÖVLƏTƏ MƏXSUS QURUMLAR ARASINDA LİDER OLARAQ QALIR